Icma.az
close
up
RU
Kişilər niyə iş tapa bilmir? Səbəb bu imiş

Kişilər niyə iş tapa bilmir? Səbəb bu imiş

News24 saytına istinadən Icma.az xəbər verir.

Bu gün Azərbaycanda rəsmi olaraq 117 mindən çox kişi işsizdir. 2025-ci il fevral ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 225,6 min nəfər olub. Onların 48,0  faizini (108,3 min nəfər) qadınlar, 52%-ni kişilər (117,3 min nəfər) təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 441,4 manat olub. Bəs nə üçün ölkədə kişilər iş tapmaqda çətinlik çəkir? Nə üçün qadınlar kişilərə nisbətən daha tez  iş tapır?

Bu barədə  Moderator.az-a danışan sosioloq Üzeyir Şəfiyev  qeyd edib, Azərbaycanda hər il əmək bazarına təqribən yüz min işçi qüvvəsi daxil olur:

“Əmək bazarı yeni çağrışlara ,tələblərə uyğun işçi qüvvəsi tələb edir. Bu baxımdan  rəqabətəqabliyyətlilik əmək bazarı üçün əsas prioritetdir. Bu baxımdan istər qadınlar, istər kişilər əmək bazarının çağrışlarına uyğun hər daim özünü təkmilləşdirməlidir. Cəmiyyətimiz hələ ki, kişi mərkəzli cəmiyyət olduğu üçün ailənin maliyə yükü daha çox kişi üzərindədir. Bu baxımdan kişilər daha çox yüksək məvacibli iş yerləri istəyirlər. Qadınlar bizim cəmiyyətdə uzun müddət idi ki, əsasən evdar qadın statusunda idi. Azərbaycan müstəqillik əldə etdikdən sonra qadınlar iqtisadi fəal kütləyə çevrilərək məşğul əhaliyə dönüşməkdədir. Qadınlar işləməyə təkcə iqtisadi təminat kimi deyil, evdar qadından məşğul statusuna nail olmaq, həyat tərzində dəyişiklik fürsəti kimi də yanaşırlar.  Odur ki,qadınlar üçün işləmək təkcə iqtisadi aslılıqdan qurtarmaq anlamı deyil, həm də həyat tərzlərini dəyişmək fürsəti olduğundan bir sıra hallarda əməkhaqqının məbləği və işin xarakteri məna kəsb etmir. Kişilər  isə ailənin maliyə yükünü çəkdiyi üçün yüksək təminatlı iş marağında olur”.

 Sosioloq  əlavə edib ki, son zamanlar qızlar arasında təhsil alanların sayının artması və əmək bazarı tələblərinə cavab verən ixtisaslara yiyələnməsi  də bu tendensiyaya  təsir edən amillərdəndir:

“Son illər qadınlar üçün qadağan olunan iş sahələrin sayının 674-dən 204-endirilməsi də qadınların məşğulluğu üçün əlavə imkanlar açdı . Eyni zamanda , qadınlar arasında məşğul əhalinin saldosunun artması həm də qadınların məşğulluğa marağının zamanın çağrışı ilə, kütləvi trend, tendensiya ilə ,cəmiyyətimizdə düşücə transformasiyası ilə bağlıdır. Bu fonda Azərbaycanda ailənin məzmununda və strukturunda da dəyişmə meyilləri baş verməkdədir. Əfsuslar olsun ki,bir sıra hallarda baş verən bu təbəddülatları, yeni reallıqları bəzi qadınlar adekvat dəyərləndirmir, eqoist, hedonist(zövqə düşkün) həyata meyillənir,  iş həyatı ilə ailə həyatını paralel apara bilmir,bu da boşanmaların artan statistikasında özünü göstərir. Unutmamalıyıq ki, ailə cəmiyyəti sosial animiyalardan xilas edir, cəmiyyətin təhlükəsizliyinin təminatçısıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 Fevral 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri