Icma.az
close
up
RU
Kişilər niyə iş tapa bilmir? Səbəb bu imiş

Kişilər niyə iş tapa bilmir? Səbəb bu imiş

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Azərbaycanda rəsmi olaraq 117 mindən çox kişi işsizdir. 2025-ci il fevral ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 225,6 min nəfər olub. Onların 48,0  faizini (108,3 min nəfər) qadınlar, 52%-ni kişilər (117,3 min nəfər) təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 441,4 manat olub. Bəs nə üçün ölkədə kişilər iş tapmaqda çətinlik çəkir? Nə üçün qadınlar kişilərə nisbətən daha tez  iş tapır? 

Bu barədə  Moderator.az-a danışan sosioloq Üzeyir Şəfiyev  qeyd edib, Azərbaycanda hər il əmək bazarına təqribən yüz min işçi qüvvəsi daxil olur:

“Əmək bazarı yeni çağrışlara ,tələblərə uyğun işçi qüvvəsi tələb edir. Bu baxımdan  rəqabətəqabliyyətlilik əmək bazarı üçün əsas prioritetdir. Bu baxımdan istər qadınlar, istər kişilər əmək bazarının çağrışlarına uyğun hər daim özünü təkmilləşdirməlidir. Cəmiyyətimiz hələ ki, kişi mərkəzli cəmiyyət olduğu üçün ailənin maliyə yükü daha çox kişi üzərindədir. Bu baxımdan kişilər daha çox yüksək məvacibli iş yerləri istəyirlər. Qadınlar bizim cəmiyyətdə uzun müddət idi ki, əsasən evdar qadın statusunda idi. Azərbaycan müstəqillik əldə etdikdən sonra qadınlar iqtisadi fəal kütləyə çevrilərək məşğul əhaliyə dönüşməkdədir. Qadınlar işləməyə təkcə iqtisadi təminat kimi deyil, evdar qadından məşğul statusuna nail olmaq, həyat tərzində dəyişiklik fürsəti kimi də yanaşırlar.  Odur ki,qadınlar üçün işləmək təkcə iqtisadi aslılıqdan qurtarmaq anlamı deyil, həm də həyat tərzlərini dəyişmək fürsəti olduğundan bir sıra hallarda əməkhaqqının məbləği və işin xarakteri məna kəsb etmir. Kişilər  isə ailənin maliyə yükünü çəkdiyi üçün yüksək təminatlı iş marağında olur”.

 Sosioloq  əlavə edib ki, son zamanlar qızlar arasında təhsil alanların sayının artması və əmək bazarı tələblərinə cavab verən ixtisaslara yiyələnməsi  də bu tendensiyaya  təsir edən amillərdəndir:

“Son illər qadınlar üçün qadağan olunan iş sahələrin sayının 674-dən 204-endirilməsi də qadınların məşğulluğu üçün əlavə imkanlar açdı . Eyni zamanda , qadınlar arasında məşğul əhalinin saldosunun artması həm də qadınların məşğulluğa marağının zamanın çağrışı ilə, kütləvi trend, tendensiya ilə ,cəmiyyətimizdə düşücə transformasiyası ilə bağlıdır. Bu fonda Azərbaycanda ailənin məzmununda və strukturunda da dəyişmə meyilləri baş verməkdədir. Əfsuslar olsun ki,bir sıra hallarda baş verən bu təbəddülatları, yeni reallıqları bəzi qadınlar adekvat dəyərləndirmir, eqoist, hedonist(zövqə düşkün) həyata meyillənir,  iş həyatı ilə ailə həyatını paralel apara bilmir,bu da boşanmaların artan statistikasında özünü göstərir. Unutmamalıyıq ki, ailə cəmiyyəti sosial animiyalardan xilas edir, cəmiyyətin təhlükəsizliyinin təminatçısıdır”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Fevral 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri