Icma.az
close
up
RU
Kişilər niyə zorakılığa məruz qalır? Səbəblər AÇIQLANDI

Kişilər niyə zorakılığa məruz qalır? Səbəblər AÇIQLANDI

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gender əsaslı zorakılıq tarix boyu cəmiyyətlərdə qadınların və qızların üzləşdiyi ciddi problem olaraq gündəmə gəlib. Ancaq bu cür zorakılığın yalnız qadınlarla əlaqəli olduğu düşüncəsi cəmiyyətdə müəyyən stereotiplərin yaranmasına səbəb olub. Kişilərin də gender əsaslı zorakılığa məruz qalması isə az rastlaşılan, amma ciddi nəticələr doğuran bir reallıqdır. 


Ötən il Azərbaycanda 58 kişi gender əsaslı zorakılığa məruz qalıb.


Bu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.


Bəs kişilərin gender əsaslı zorakılığa məruz qalmasının əsas səbəbləri nədir?


Mövzu ilə bağlı Sfera.az-a danışan sosioloq Lalə Mehralı bildirib ki, gender əsaslı zorakılıq, yalnız qadınlar üçün deyil, kişilər üçün də müxtəlif formalarda mövcuddur:


"Lakin bir çox hallarda kişilər gender zorakılığına məruz qaldığını etiraf edə bilmir. Cəmiyyətdə  kişilərin güclü, qoruyucu və həmişə lider olmalı olduğu düşüncəsi formalaşıb. Bu səbəbdən kişilər hər hansı bir zorakılığa məruz qaldıqda, zəif və qorxaq hesab edilə bilərlər. Kişilər zorakılığa məruz qaldıqda stereotiplərə görə bu mövzuda açıq danışa bilmirlər. Həmçinin zorakılıq halları qadınlar tərəfindən kişilərə qarşı baş verdikdə, cəmiyyətin kişilərə göstərdiyi reaksiya da çox zaman mənfi olur.Kişilər ailə içində və ya münasibətlərində fiziki və ya psixoloji zorakılığa məruz qalanda bunu gizlədirlər. Məsələn, bir qadın tərəfindən fiziki zorakılığa məruz qalan kişi bu barədə ictimaiyyətə açıqlama verməkdən çəkinə bilər". 


Sosioloqun sözlərinə görə, zorakılığın 4 əsas növü geniş yayılıb:


"Kişilər də öz həyat yoldaşlarından, ailə üzvlərindən və ya tanımadıqları şəxslərdən fiziki zorakılıq görə bilərlər. Buna döyülmə, vurulma və şiddət hallarını nümunə göstərə bilərik. Fiziki zorakılıq çox zaman cəmiyyət tərəfindən görməzlikdən gəlinir.Kişilərin üzləşdiyi psixoloji zorakılıq halları təhqirlər, alçaltmalar və manipulyasiya şəklində olur. Ailədaxili münasibətlərdə, partnyorlar arasında və ya iş yerlərində kişilər təhqir edilə bilər. Bu, onların özgüvənini zəiflədir və onlara emosional zərbə vurur.Cəmiyyətin müəyyən etdiyi "güclü kişi" obrazı kişilər üzərində böyük sosial təzyiq yaradır. Sosial təzyiq kişilərin və ya cəmiyyətin həmin mövzuya həssas yanaşmamasına gətirib çıxarır. Kişilər həmçinin cinsi zorakılığa məruz qala bilərlər. Cinsi zorakılıq kişilər üçün ən az diqqət çəkən, amma çox zaman gizlədilən bir məsələdir".


Lalə Mehralı vurğulayıb ki, kişilərin gender əsaslı zorakılığa məruz qalması probleminə daha ciddi yanaşılmalı, bu mövzu cəmiyyət tərəfindən daha çox diqqətə alınmalıdır:


 "Kişilər üçün psixoloji dəstək mərkəzlərinin yaradılması və zorakılıq halları barədə ictimai maarifləndirmə tədbirlərinin artırılması bu problemi həll etməyə kömək edə bilər.Bundan əlavə, kişilərin zorakılığa məruz qaldıqlarını etiraf etmələri üçün güvənli və dəstəkverici mühitin olması vacibdir. Kişilər zorakılığa məruz qaldıqda onlara dəstək verən psixoloji və hüquqi qurumlarla əlaqə qurmaq imkanına sahib olmalıdırlar. Zorakılıq hər kəsin, hər genderin mübarizə aparması lazım olan bir problemdir".


Ülkər Abdurahmanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 Fevral 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri