Icma.az
close
up
RU
Kişilərin ailədaxili zorakılığa məruz qalması yeni bir fenomen deyil, sadəcə... AÇIQLAMA

Kişilərin ailədaxili zorakılığa məruz qalması yeni bir fenomen deyil, sadəcə... AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Uzun illərdir ki, cəmiyyətdə qadına qarşı şiddət mövzusu gündəmdədir və bu halların qarşısının alınması üçün müxtəlif sosial çağırışlar edilir. Lakin son dövrlərdə fərqli bir mənzərə də ortaya çıxır – ailə içində zorakılığa məruz qalan təkcə qadınlar deyil, kişilər də bu problemdən əziyyət çəkirlər. Artıq bəzi qadınlar da öz ərlərinə qarşı fiziki və psixoloji zorakılıq göstərir. Bu hallar isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır, çox zaman ya zarafat kimi qəbul olunur, ya da ciddi problem kimi görülmür.
Sosioloq Yusif Nəbiyev Demokrat.az-a açıqlama verib. 
O qeyd edib ki, zorakılıq cinsə baxmır, amma cəmiyyətə baxır:
“Kişilərin ailədaxili zorakılığa məruz qalması yeni bir fenomen deyil, sadəcə olaraq bu uzun müddət görünməz idi. Daha dəqiq desək, görünməməsi “kişilik” adına daha münasib sayılırdı. Sosial rolların sərt cızıldığı patriarxal cəmiyyətlərdə kişi həm güclü, həm susqun, həm də dözümlü olmalıdır. Yəni, psixoloji və ya fiziki zorakılığa məruz qalan kişi bir növ “kişiliyinə xələl gətirir”, hansı ki, bu bəzən zorakılıqdan da ağır bir şey olaraq qəbul edilir.  Sosial həyatlarımız bir səhnədir. (Erving Goffman-ın dili ilə desək) O cümlədən, ailə də bir səhnədir, kişi isə orada “güclü fiqur” rolunu ifa edir. Bu roldan çıxmaq, yəni zəiflik göstərmək, zorakılığa məruz qalmaq, sanki tamaşanın qaydalarını pozmaqdır. Nəticədə kişilər şiddətə məruz qaldıqda ya bunu inkar edir, ya da bunu zarafata çevirirlər. Halbuki, məsələ zarafata salınası məsələ deyil”. 
Sosioloq əlavə edib ki, kişilərə qarşı qadın şiddətinin artması həm də dəyişən gender münasibətlərinin nəticəsidir:
“Qadınların daha müstəqil, dominant və öz emosional sərhədlərini güc hesabına qorumağa çalışan fiqurlara çevrilməsi bəzi hallarda zorakı davranışlarla nəticələnə bilir. Lakin bu zorakılığı “qadınlar da şiddət göstərir” deyərək qadınlara qarşı zorakılığın legitimləşdirilməsi üçün bəhanə olaraq istifadə etmək də qeyri-etik və təhlükəlidir. Məsələ birinin digərinə qarşı deyil, zorakılığın özünə qarşı mübarizədir.  Cəmiyyətdə bu halların ciddi qəbul edilməməsi isə həm hüquqi sistemin, həm də ictimai şüurun hələ də gender rollarına əsaslanmasından irəli gəlir. Problemin görünməməsi, onun olmaması demək deyil. Sadəcə olaraq, bu problem səhnədə yox, kulisdə oynanılır. Amma sosial tamaşa həmin tamaşadır və hələ də həmin rollar üzrə aktyorlar öz üzərlərinə düşən vəzifələri icra etməyə davam edirlər”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 İyul 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri