Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Qvardiola Mançester Siti nin matçında

Ankara və İrəvanın yeni məramları nədir?

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Kişilərin kişilik dünyası

Kişilərin kişilik dünyası

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

19 Noyabr Beynəlxalq Kişilər Günüdür

Təqvim bizə belə bir gün olduğunu da xatırladır: noyabrın 19-u Beynəlxalq Kişilər Günüdür. Onu ilk dəfə 1999-cu ildə Trinidad və Tobaqo adasında (Karib dənizi adaları) qeyd etməyə başlayıblar. Daha sonra Avstraliya, Karib dənizi ölkələri, Şimali Amerika, Asiya, Avropa və Afrika ölkələri də bu hərəkata qoşulub və indi dünyanın 60-dan çox ölkəsi bu günü qeyd edir.

Bu günün qeyd olunmasında məqsəd kişilərin sağlamlıq məsələlərinə köklənmək, genderlərarası münasibəti təkmilləşdirmək, müsbət kişi rolu modelini vurğulamaqdır. Bu, kişilərə qarşı olan ayrı-seçkiliyi nəzərə çatdırmaq və onların cəmiyyət, ailə, evlilik və uşaqların tərbiyəsindəki töhfələrini və nailiyyətlərini qeyd etmək üçün bir təşəbbüsdür. Məqsəd insani dəyərləri önə çəkməkdir.

Kişidi bu! Bu sözü ilk dəfə nə vaxt eşitmişik? Ağlımızın kəsməyən vaxtı gözümüzü həyət darvazasının qapısına zilləyib atamızın içəri daxil olanda üstünə yüyürəndəmi? O da əyilib üzümüzdən öpüb sonra başının üstünə qaldırıb “kişi qırığı” deyəndəmi? Yoxsa babamız saçımızı sığallayıb başı üzərində qaldırandamı? Nə vaxt bu sözü eşitmişiksə, qürrələnmişik, başımızı dik, qəddimizi şax tutmuşuq, ürəyimiz təpərlənib.

İllər keçib, zaman ötüb və böyüdükcə bu sözün məsuliyyətini, yükünü, ağırlığını hiss etdikcə, ata-babalarımızın niyə bizi bu sözlə oxşadığını anlamağa, başa düşməyə başlamışıq.

El arasında “hər başı papaqlıya kişi deməzlər” ifadəsi var. Doğrudan belədir. Papaq qoyan da, kişilikdən dəm vuran da, özünü kişi hesab edən də çoxdur. Amma hanı bu dəyəri ata-babalarımız kimi yaşadanlar?

Ot kökü üstündə bitər binadan,
Hər pələng pişiyə oxşamır axı?
Kişi də doğulur çoxu anadan,
Ömrünü kişi tək yaşamır axı?

...Bir dəfə Mircəfər Bağırova deyiblər ki, Ağdam rayonuna katib qoymaq lazımdır. Deyib ki, gedin qoyun də, bundan asan nə var? Soruşublar ki, axı kimi qoyaq? Deyib ki, Ağdamda Məşədi Abbasın tikdirdiyi mədəniyyət evi var. Hər gün onun qarşısında on-on beş nəfər başı papaqlı kişi dayanıb söhbət edir. Onların hansı birinin qolundan tutsaz, bu işin öhdəsindən məharətlə gələr.

Olubmu, olmayıbmı, həqiqətdirmi, uydurmadırmı, demək çətindir. Amma köhnə kişilər belə idilər. İndi söz düşəndə deyirlər ki, hanı o kişilər, yaxşı atlara minib getdilər.

Amma yox, getməyib o kişilər. Bu gün də bizim kəndlərdə, rayonlarda, şəhərlərdə, ətrafımızda kifayət qədər belə kişilər var, həmin o köhnə kişilərin ləyaqətli övladları, nəvə-nəticələri var. Əgər belə olmasaydı, onda o kişilərin vətən, yurd, torpaq təəssübü çəkən övladları 2016-cı ilin dördgünlük Aprel döyüşlərində düşmənin dizini yerə gətirməzdilər. Əgər belə olmasaydı, Vətən müharibəsində silaha sarılan oğlanlar “dəmir yumruq” ətrafında birləşərək el-oba qarşısında verdikləri kişi sözünə belə rəşadət və sücaətlə əməl etməzdilər. Oğullar onda kişi kimi döyüşdülər, ölümün üstünə kişi kimi getdilər, düşməni kişi kimi məğlub etdilər, kişi kimi qalib gəldilər və kişi kimi də ölümsüzlük qazandılar.

Kişilər var idi, köçüb getdilər,
Onların məzarı indi and yeri.
Kişilər var idi, keçib getdilər
Qaldı qanımızda kişilikləri.

Sonda bildirək ki, Beynəlxalq Qadınlar Gününün qeyd olunduğunu söyləyənlər qoy Kişilər Gününün də varlığından xəbər tutsunlar. Amma qədəh-qədəhə tutuşdurmaqla yox, xeyirxah, xoş, savab əməllərlə, kişi kimi görülən işlə! Yaxşı kişilərin azlığından, hətta qəhətə çəkildiyindən çox gileylənirik, amma məqam gələndə kişi kimi hərəkət edən, kişilik nümayiş etdirənlər də var axı...

Mərd namərd önündə əsməz deyiblər,
Meydanda təklənib yalqız qalanda.
Kişi yıxdığını kəsməz deyiblər,
Yıxılan özü də kişi olanda.

Köhnə kişilərdən, kişilikdən, kişi ləyaqətindən çox danışmaq olar. Amma danışmaqdansa bunu göstərmək, nümayiş etdirmək lazımdır. Bəlkə, elə Kişilər Günündən başlayaraq...

Süleyman QARADAĞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see375

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see276

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see232

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see219

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see201

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see197

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see189

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see188

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see187

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see180

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see178

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see174

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see173

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see172

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see168

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see168

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see166

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see165

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri