Kişilərin nəzərinə: Kartof qızartmasının yeni zərəri üzə çıxdı
Icma.az bildirir, Olke.az portalına istinadən.
Qızardılmış qidaları həddindən yemək depressiyaya səbəb olur.
Ölkə.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün Çində 11 il ərzində qızartmalarla qidalanan 140 min nəfərin məlumatları analiz edilib.
Elmi araşdırmalar nəticəsində məlum olub ki, tez-tez kartof qızartması yemək psixi sağlamlığa birbaşa təsir edir.
Tədqiqatçıların açıqlamasına görə, qızartmalar narahatlıq və ya qayğının 12%, depressiyanın isə 7% artmasına səbəb olub.
Ümumilikdə araşdırma zamanı 12 735 depressiya və 8 294 narahatlıq hallarına nəzər salınıb. Bu qidaların ən çox gənc yaşda olan kişilərə mənfi təsir etdiyi bildirilir.
Araşdırmaçılar depressiyanın artmasının kartof əsaslı qidaları qızardarkən əmələ gələn akrilamid maddəsindən qaynaqlanmasından şübhələnir.
Tədqiqatçılar qızardılmış kartofun ağ ətlə müqayisədə 2% daha yüksək depressiya riski daşıdığını bildirib.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 06 Mart 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















