Icma.az
close
up
RU
Kitab klubu devizi altında görüş FOTOLAR

Kitab klubu devizi altında görüş FOTOLAR

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 30 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında Kürdəmir rayon Gənclər Evinin könüllüləri ilə birlikdə "Kitab klubu" devizi altında görüş və hərbi vətənpərvərlik mövzusunda yazılmış kitabların  müzakirəsi təşkil olundu.

Tədbirdə  könüllülər filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının 2016-cı ilin aprelində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına  şəhid olmuş, ölümündən sonra  “Azərbaycan Bayrağı”  Ordeninə layiq görülmüş Mİ-24 hərbi helikopterinin ekipaj üzvü, baş leytenant Əbu Bəkr İsmayılovun qısa, lakin şərəfli həyatına həsr etdiyi "Hay ver mənə, cənab leytenant" kitabını müzakirə etdilər. Tədbirdə şəhid Əbu Bəkr İsmayilovun anası Rəna İsmayılova da iştirak edirdi. 

Müzakirə zamanı könüllülər kitabı dərin maraqla təhlil edib, şəhidin həyatından ilhamlandıqlarını bildirdilər, müəllifə və Rəna xanıma  öz suallarını ünvanlayaraq kitabın ideya-məzmunu, qəhrəmanın xarakteri və döyüşdə göstərdiyi şücaət, döyüş yoldaşlarının xatirələri, ailəsinə, Vətənə bağlılığı barədə diskusiya apardılar. Çəhid anası Rəna İsmayılova oğlunun kiçik yaşlarından vətənə olan  sevgisindən, Azərbaycan bayrağına və digər Dövlət atributlarına dəyər verməsindən, ailəsinə, dostlarına sədaqətindən, dürüstlüyündən, cəsarətindən gənclərə ürəkdolusu danışdı və onların suallarını cavablandırdı.  

Gənclər şəhidin həyatının onlara nümunə olduğunu xüsusi vurğuladılar.Kürdəmir rayon “Gənclər evi”nin dərnək rəhbəri Röya İbişova çıxış edərək bildirdi ki, “Kitab klubu” devizi altında keçirilən görüşlər vətənpərvərlik ruhunda müzakirələr, ədəbi söhbətlər gənc nəsldə vətənpərvərlik ruhunun,   mütaliyə mədəniyyətinin aşılanmasında, tariximizə və ədəbi irsimizə  marağının artırılmasında mühüm rol oynayır. "Kitab klubu" çərçivəsində keçirilən bu tədbir, həm də şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsidir.

Muzeyin müdiri Yaqut Bahadurqızı son dövrdə yazarların hərbi vətənpərvərlik mövzusuna tez-tez müraciət etməsi, torpaqlarımızın müdafiəsi, müstəqilliyimiz, suverenliyimiz uğrunda canını fəda edən şəhidlərimizin şərəfinə yazılan əsərlər haqqında da gənclərə ətraflı məlumat verdi və “Kitab klubu”nun  gənclərin ədəbi mühitə inteqrasiyası baxımından əhəmiyyətli təşəbbüs kimi dəyərləndirdi.

Sonda “Kitab klubu”nun üzvlərinə kitablar hədiyyə edildi.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://adalet.az
archiveBu xəbər 01 May 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri