Icma.az
close
up
RU
Binəqədidə kitab təqdimatı keçirilib Fotolar

Binəqədidə kitab təqdimatı keçirilib Fotolar

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Ötən gün Binəqədi rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və  beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar kitabının I cildinin təqdimat mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov iştirak edib. 

Həmçinin millət vəkili Kəmaləddin Qafarov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, millət vəkili Elşad Musayev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Zəngibasar rayon İcmasının sədri Mirfaiq Mirheydərli, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, millət vəkili Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurası sədrinin müavini, millət vəkili Səbinə Xasayeva, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, millət vəkili Günay Ağamalı, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul əməkdaşları, Qərbi Azərbaycan İcmasının Binəqədi rayonu üzrə nümayəndəliyinin üzvləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin,  ictimai birliklərin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Qərbi Azərbaycan İcması Binəqədi rayon nümayəndəliyinin ofisinin açılışında olublar.

Daha sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət edilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Tədbir iştirakçıları Qərbi Azərbaycan İrsinə həsr olunmuş foto və kitab sərgisi ilə tanış olublar.  

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Sonra azərbaycanlıların öz doğma torpaqlarından deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasından olan sənədli videoçarx nümayiş etdirilib.

Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirib ki, XIX əsrin 30-cu illərindən etibarən kütləvi şəkildə köçürülərək tarixi Azərbaycan torpaqlarında, o cümlədən, İrəvandavə ətraf bölgələrdə məskunlaşdırılan ermənilər müxtəlif vasitələrlə azərbaycanlı əhalisinin məhvinə çalışıblar. 

Ulu Öndər Qərbi Azərbaycan əhalisinin haqqında fikirlərini səsləndirmiş, onların dəyanətini, Azərbaycan sevgisini yüksək qiymətləndirib. Onun nitqlərində və çıxışlarında hər zaman bu gün aktual olan Vətənə qayıdış məsələsi əksini tapıb: “Ümummilli Liderimiz “mən buna inanıram, o yerlərin sahibləri – müsəlmanlar, azərbaycanlılar oraya qayıdacaqlar” söyləyirdi.Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ideyaların layiqli davamçısı Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşü zamanı çıxışı xalqımızı bir daha ulu və qədim torpaqlarımız olan Qərbi Azərbaycana  qayıdacağı günün yaxında olduğuna əmin edib. Xalqımız əmindir ki, möhtərəm Prezidentimizin qətiyyəti sayəsində tezliklə soydaşlarımızın əzəli Qərbi Azərbaycan torpaqlarına qayıdışı beynəlxalq müstəvidə öz tarixi və ədalətli həllini tapacaq”.

Kitab haqqında ətraflı məlumat verən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili  Əziz Ələkbərli çıxışında qeyd edib ki, Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irs, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılır.

Bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma – “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasının birinci cildi nəşr edilib. Qərbi Azərbaycan ərazisində bir vaxtlar mövcud olmuş mədəniyyət nümunələrinin – məscidlərin, məktəblərin, körpülərin, qəbiristanlıqların və digər maddi-mədəni irs abidələrinin ermənilər tərəfindən dağıdılması bir xalqın tarixdən silinməsi məqsədi güdən vandalizmin bariz nümunəsidir. Lakin bu kitab vasitəsilə həmin abidələrin sənədləşdirilməsi, coğrafi yerləşməsinin, tarixi xüsusiyyətlərinin göstərilməsi onları yaddaşımızda yaşadır və gələcəkdə reallaşacaq qayıdışın ideoloji bazasını formalaşdırır.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, millət vəkili  Elşad Musayev, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, millət vəkili Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurası sədrinin müavini, millət vəkili Səbinə Xasayeva, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, millət vəkili Günay Ağamalı, çıxışlarında qeyd etdilər ki, dədə-baba torpaqlarından zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetləri arasındadır.

Müxtəlif dövrlərdə soydaşlarımıza qarşı həyata keçirilən deportasiya nəticəsində onlara məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib. Qeyd edilən deportasiya siyasəti nəticəsində soydaşlarımız öz dədə-baba torpaqlarından məcburi şəkildə çıxarılıb. Bu, həm də hər kəsin bildiyi kimi beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulmasıdır.  

Yekun nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd etdi ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtmaları bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin əsas prioritet məsələlərin tərkib hissəsidir və Şanlı Zəfər qalibiyyətindən sonra bu tarixi prosesin təməli qoyulub. 





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 İyul 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see332

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see304

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see296

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see284

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see268

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see258

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see255

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see254

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see252

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see247

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see237

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see235

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see228

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see222

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see212

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see189

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see186

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see177

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see174

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri