Icma.az
close
up
RU
Binəqədidə kitab təqdimatı oldu Fotolar

Binəqədidə kitab təqdimatı oldu Fotolar

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Binəqədi rayonunda Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsinin tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası: ŞƏXSİYYƏT FAKTORU ” adlı kitabın təqdimatı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının məsul əməkdaşları, şəhid ailələri, qazilər və gənclər iştirak ediblər. 

Tədbir iştirakçıları kitabla bağlı hazırlanmış video filmə tamaşa etdilər. 

Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsinin tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası: ŞƏXSİYYƏT FAKTORU” adlı kitab oxucular üçün Azərbaycanın müasir tarixi ilə bağlı dəyərli məlumat mənbəyidir. Azərbaycanın Vətən müharibəsində qələbəsinə həsr olunmuş birinci nəşrdən sonra kitabın ikinci nəşri işğaldan azad edlmiş ərazilərimizdə bərpa və quruculuq fəaliyyətinə, Böyük Qayıdış Proqramının təşkilinə həsr edilib: “Bütün bu hadisələrin mərkəzində Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi və rəşadətli Azərbaycan ordusunun gücü və qüdrəti dayanır”. 

Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Yaqut Mönsümova çıxışında qeyd edib ki, kitabda Ali Baş Komandan İlham Əliyevin qələbə strategiyasının əsas istiqamətləri işıqlandırılır, Vətən müharibəsi illərində qələbə və diplomatiya salnaməsi tədqiq edilir: “Kitabda Vətən müharibəsində qazanılan şanlı qələbənin memarı kimi Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, dahi sərkərdəlik qabiliyyəti əks olunub. Bu da tarixdə Şəxsiyyət Faktoru amilini bir daha sübut edir. Nəşrdə Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafını, xalqın birliyini, ölkənin suverenliyini və ərazi bütövlüyünü təmin edən Lider kimi rolundan bəhs edilir”. 

Tədbirin bədii hissəsi Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin uşaq xorunun, Bakı Humanitar Kollecinin müəllim və tələbələrinin ifasında musiqi və bədii qiraət nümunələri ilə davam etdi. 




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Uitkoff və Kuşner İranla danışıqlar fonunda ABŞ nin nüvə laboratoriyasına səfər ediblər

06 İyun 2026 02:36see924

Bu məktəblərə müəllim qəbulu elan edildi SİYAHI

06 İyun 2026 00:36see680

Lənkəranlı gənclər Slovakiyaya təhsil turuna yola salınıb

06 İyun 2026 13:20see218

Kilosu 10 manata olan kartof Batat hansı xəstəliklərdə faydalıdır?

06 İyun 2026 03:04see212

Bill Qeyts: Gələcəkdə iş həftəsi 2 günə qədər qısalacaq

06 İyun 2026 03:18see197

Evdə pişik və ya itlə yatanların diqqətinə!

05 İyun 2026 23:36see191

Güzgü tarixi 06.06.2026: bu gün nə etməməlisiniz

06 İyun 2026 09:09see182

50 il sonra vəzifəsindən gedən alim kimdir

06 İyun 2026 05:30see180

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

06 İyun 2026 03:17see180

Tomas Frank bu yay işə qayıdıb qayıtmayacağını açıqlayıb

06 İyun 2026 06:06see179

Tramp: ABŞ administrasiyasının bütün əsas fiqurları Ukrayna məsələsində iştirak edəcək

06 İyun 2026 02:49see179

Distant işin psixi sağlamlığa mənfi təsiri açıqlandı

06 İyun 2026 08:34see179

Kinomuzun öz dili yoxdur

06 İyun 2026 09:20see177

Bu resepti bilənlər artıq dondurma almır

06 İyun 2026 04:04see177

Skaloni: “Messi ilə məsləhətləşmədən heç bir qərar qəbul etmirəm”

06 İyun 2026 01:15see176

NATO nun beş ölkəsi Latviyada HHM təlimləri keçirib

06 İyun 2026 21:29see173

Nişanından bir ay keçməmiş həbs olundu

06 İyun 2026 21:50see171

Cistka trendinə aldanmayın: Prosedurun riskləri də az deyil

06 İyun 2026 02:04see166

Kəpəz futbolçu seçimi etdi FOTOLAR

06 İyun 2026 21:00see166

Hacı Nuran: Bu il maşınını nümayiş etdirmək istəyən hər kəs festivala qoşulub

06 İyun 2026 18:12see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri