Kitabı 2 günə 814 min nüsxə satıldı
Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Məşhur amerikalı müğənni Teylor Sviftin “The Eras Tour Book” kitabı ilk iki gündə 814 min nüsxə satılıb.
Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
Sviftin qeyri-bədii janrında olan kitabını reytinqdə yeganə üstələyən keçmiş ABŞ prezidenti Barak Obamanın 2020-ci ildə işıq üzü görən “Vəd edilmiş torpaq” adlı prezidentlik memuarının birinci cildidir. Bu kitab 816 min nüsxədən bir qədər çox sataraq "Eras Tour"dan bir qədər irəlidə olub.
Eyni zamanda, Obamanın kitabı bütün pərakəndə satış mağazalarında olduğu kimi həftə ərzində də satılıb, Sviftin kitabı isə "Qara cümə" günü və yalnız "Target" mağazalarında satışa çıxarılıb.
Qeyd edək ki, sənətçinin "Eras" konsert turnesi 2023-cü ilin martında başlayıb və hələ də davam edir. Tur dekabrın 8-də Kanadanın Vankuver şəhərində başa çatacaq. Orada Svift 149-cu konsertini verəcək.
Xatırladaq ki, tur zamanı müğənni milyarder olub və ən zəngin musiqiçilər reytinqində Rihannanı keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 06 Dekabr 2024 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















