Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Ölümsüzlük inamı Kamal Abdulla 75

Ölümsüzlük inamı Kamal Abdulla 75

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

Xalq yazıçısı, akademik Kamal Abdullanın 75 yaşı tamam olur. Əsərlərinin qeyri-adi biçimi, ovqatı, üslubu, hətta fərqli dili yaddaşlarda möhkəm yer tutan yazıçının, dramaturqun, dilçi-alimin çoxşaxəli yaradıcılığı onun barəsində geniş danışmağa imkan yaradır. Mən Kamal müəllim barədə onun 60 yaşında da, sonrakı - yubiley olan və olmayan doğum günlərində də, qələmli və qələmsiz yazdıqlarımda çox danışmışam.

Kamal Abdullanın böyük hadisələrə, dərdlərə, problemlərə bir az soyuqqanlı yanaşmasında, insanların bütləşdirdiyi, doqmaya çevirdiyi məsələləri sakit tərzdə yazmasında onun xarakteri, həyata baxışı özünü göstərir.

İllər öncə Kamal Abdullanın "Kamal Mehdi" imzasıyla yazdığı şeirlərdə də onun qeyri-adi xarakteri nəzərə çarpırdı. Yadımdadır, o şeirləri oxuyub onlardakı sirrin, sehrli auranın səbəbi barədə xeyli düşünmüşdüm. İndi "Seçilmiş əsərləri"nin 3-cü cildində çap olunmuş şeirlərini bir də oxuduqca keçmiş illərin xəfif xiffəti qayıdır. "Soldu nar çiçəkləri - indi nar yetişəcək", " Ölərik - ayılıb görrük ki, varıq" misralarında ruhun, həm də yaradıcılığın, ədəbiyyatın, əsl sənətin əbədiliyinə və ölümsüzlüyünə dəli bir inam var.

"Bircə saman çöpü ilə su üzünə çıxmağın" inamı bu şeirlərdəki işığın və ümidin işartısıdır. Sonralar Kamal Abdulla bu seyrək yazdığı şeirlərindəki sirli ovqatı öz nəsrinə gətirdi.

Kamal Abdullanın nəsrindən danışanda çox zaman "Yarımçıq əlyazma" və "Sehrbazlar dərəsi" romanlarından söz açılır. Yazıçı bu əsərləri ilə Azərbaycan nəsrinin xaricdə tanınmasına, təbliğinə də öz töhfələrini verib. Bu əsərlər rus, ingilis, ərəb, fransız, ispan və neçə-neçə başqa dillərə tərcümə olunub, müxtəlif ölkələrdə işıq üzü görüb. Hələ o zamanlar "Yarımçıq əlyazma"nın kitab halında çapından öncə doğurduğu fərqli, təzadlı fikirlər məni düşündürmüşdü. Əsəri oxuyub fikirlərimi yazmışdım və müəyyən parçaları "525-ci qəzet"də yayımlamışdıq. O vaxtlar qəzetimizin təsis etdiyi "İlin bədii əsəri" mükafatını da bu romana görə Kamal Abdullaya təqdim etmişdik.

Fikrimcə, Kamal Abdullanın bu əsərlərindən sonra yazdığı "Unutmağa kimsə yox" romanı son illər Azərbaycan romançılığında ən yaxşı əsərlərdən biridir. Çağdaş dünya romançılığının, müasir nəsr estetikasının bütün tələblərinə cavab verən bu roman Kamal müəllimin ən sevdiyim əsəridir. Doğrusu, ədəbi tənqidin və mühitin bu əsərə lazımi reaksiya verməməsi, əsərin alt qatlarına enən dəyərli təhlili yazıların azlığı məni heyifsiləndirir.

Dayanmadan, şövqlə yazıb yaradan Kamal Abdullanın son illər "Sirlərin sərgüzəşti" romanı , daha sonra "Laokoon... Laokoon... yaxud bir romanın "gerçək" yazılma tarixçəsi" adlı kitabı işıq üzü görüb. Son aylarda "Unutmağa kimsə var" xatirə-romanı adlandıra biləcəyim əsərindən hissələr mətbuatda çap olunmağa başlayıb. Dostlar və yaşanan illər haqqında nisgil dolu bu yazılar həm də bir dövrün salnaməsidir və yəqin ki, biz yaxın vaxtlarda bu xatirə-romanın da kitab halında çapının şahidi olacağıq.

Kamal Abdulla, özü demiş, janrı bəlli olmayan bir kitab da nəşr etdirib və böyük maraq doğurub: "Seçmələrin seçməsi - qranulalar". Xalq yazıçısı Kamal Abdulla fərqli olmağı, yenilik etməyi sevir və bunu bacarır. Polemikanı da xoşlayır: "Sən əgər əlinə qələm alıb yazmağa başlayırsansa, artıq tənhasan".

"Qranula cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir". Bir növ daha çevik, yığcam, dolğun cümlələr, qısa təəssüratlar, sevimli şeir parçaları və sair. Kamal müəllim kitabın ön sözündə bu qranulaların həm özlərini, həm də aid olduqları ilkin mətnləri xatırladacaqlarına ümid edir. Qranulalar hərəsi bir səhifədə yerləşdirilib. Bu da oxuduqca nəfəs dərməyə və düşünməyə imkan verir. Bu kitab Kamal Abdulla yaradıcılığına bələd olan oxucunu onun tanış əsərlərinə qaytarır, sevimli mövzularını, obrazlarını canlandırır, təkrarlayır, yada salır. Kitab müəllifi yeni oxuyanlar üçün də maraqlıdır. Üzdən oxuyanlar üçün kitab tez bitir, bu da "kitabı oxuyub bitirdim" deyə bir özgüvən yaradır. Amma bu kitabı layiqincə "həzm eləmək", Xalq yazıçısının daxili dünyasına, düşüncələrinə dalmaq üçün kitabı aram-aram, nəfəs dərərək oxumaq vacibdir.

Fikrimcə, Xalq yazıçısı Kamal Abdulladan danışarkən, onun ancaq Azərbaycan nəsrinə bəxş etdiyi romanlarından söz açmaq heç də kifayət etmir. Çünki Kamal Abdulla həm də böyük qorqudşünas alimdir. Onun uzun illərdən bəri Türk dünyasının möhtəşəm abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanını dərindən tədqiq etməsi, qorqudşünaslığa verdiyi bir-birindən dəyərli töhfələrlə onu daha da inkişaf etdirməsi, eləcə də dastanın bütün dünyaya bir daha ən yaxşı şəkildə tanıdılması üçün gördüyü işlər Azərbaycan filologiyasının mühüm mərhələsini təşkil edir.

Kamal Abdulla dastana birtərəfli yanaşmır, onu daha dərindən, ən gizli mətləblərinə vararaq, bəzən bir qorqudşünas, bəzən bir dilçi, bəzən də sanki bir xəfiyyə kimi araşdırır, öyrənir və öyrədir. Onun "Gizli Dədə Qorqud", "Sirr içində dastan, yaxud Gizli Dədə Qorqud - 2", "Mifdən Yazıya, yaxud Gizli Dədə Qorqud" kimi bir-birini tamamlayan silsilələri, "Kitabi-Dədə Qorqud"un poetikasına giriş" monoqrafiyaları mövzuya elmi baxışıdırsa, "Yarımçıq əlyazma" romanı, "Casus", "Beyrəyin taleyi" pyesləri, şeirləri, esseləri isə bədii yanaşmasıdır.

Son illərdə professor Rafiq Əliyevlə yazıçı Kamal Abdullanı birgə tədbirlərdə və məclislərdə çox görürəm, polemikalarının da şahidiyəm. Və bu birgəlik 2022-ci ildə onların həmmüəllifliyi ilə "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" adlı kitabın ərsəyə gəlməsinə səbəb oldu. Kitabda qədim dastanımız "Kitabi-Dədə Qorqud"un "dərinində gizlənən düşüncə tərzinin qeyri-səlis məntiqin dörd sütununa aid olan spesifik məntiqi sxemlərin formalaşmasına gətirib çıxarmasından, dastanımızda qeyri-səlis məntiqə dair kifayət qədər geniş dil materialının" olmasından söz açılır. Kamal Abdulla və Rafiq Əliyev indi də bu yaradıcılıq birgəliyini davam etdirirlər. Artıq həmmüəlliflərin "Qeyri-səlis məntiq və dil-nitq" adlı növbəti kitabı da işıq üzü görüb. Yaradıcılıq birgəliyi isə davam edir və biz yeni maraqlı kitabların gözləntisindəyik.

Kamal Abdullanın "Əvvəl-axır yazılanları", "Düma ilə Coys arasında" esseləri də bir başqa dünyadır. Orda ədəbiyyat, yazıçı taleyi, yaradıcılığın sirləri haqda maraqlı fikirlər var! Rahat oxunan bu esselərdə düşünməyə, müzakirə və mübahisə etməyə çoxlu məqamlar var. Kamal Abdullanın qələmində heç bir dəyərli sənət adamı unudulmur. Nə klassiklər, nə müasirlər, çağdaşlar. Dünyadan köçən sənət adamları, dostları da onun xatitələrində dipdiridir. Öz istedadı, enerjiləri, xatirələriylə. "Ədəbiyyat həmişə nəyinsə qırıldığı, sındığı yerdən başlayır" - deyən ədib əsl ədəbiyyat axtarışında oxucunu fikir, düşüncə toqquşmalarına cəlb edir. Düşüncələrin sirli aləmində əsl həqiqətin işığını da göstərir.

Müəmmayla doldurur zehnimizi Kamal Abdulla, fərqli yollara işarə edir, bu yollarla cavablar axtarışına çıxırsan onunla birgə. Özü isə hər suala cavabında yeni suallar yaradır. Misraları, cümlələri dillərə düşür, az qala şüara çevrilir.

Feysbukda on il boyunca paylaşdığım statuslarımdan, sms-esselərimdən ibarət "Qələmsiz yazılanlar" kitabımda Kamal Abdullanın bu esselərini xatırlamışdım. Düşündüm ki, statusların bəzilərində akademik Kamal Abdullanın həmin o yığcam və dərin mənalara sahib esselərinin təsiri hiss olunur.

Bir dəfə Bakı Kitab Mərkəzində Kamal Abdullanın rumın dilində dərc olunan "Sehrbazlar dərəsi" kitabının təqdimatında iştirak etdim. Tədbir iştirakçıları ilə birlikdə əvvəl kitabın tərcüməçisinə qulaq asdıq, sonra yazıçının fərqli fikirlərini dinlədik. Gün Kamal Abdulla Günü idi. Ondan bir neçə saat öncə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yubiley tədbirində də maraqlı çıxış etmişdi. Kamal müəllim protokolu da nəzərə alır, məmurluqdan doğan tələblərə riayət edirdi, amma yazıçılığını da unutmur - şablon, standart, çərçivəli danışmır, obrazlarla, yığcam detallarla hadisələrə bədii yük qatır, düşündürürdü...

Kamal Abdulla həmişə düşündürür... Yazdıqlarıyla da, söylədikləriylə də! Əsas da çoxqatlı mətnləriylə! "Yazmaq üçün təcrid əsasdır" deyib "sivilizasiyadan uzaq" bir guşəyə çəkilir tez-tez!  Sonra üzə çıxıb yeni yazılarıyla düşünməyə mövzu verir, bizi işıq axtarışına, sözlə ünsiyyətə sövq edir!.. "Unutmağa kimsə yox" - deyir! Yəni unudulası kimsə qalmayıbmı, hamı yaddadırmı?! Amma "Kimsə yox xatırlamağa" da deyir axı... Bilmirsən, "hamını unutmuşam" deməkdir bu, ya "dostlar hamısı yerindədir, unudulmalı kimsəm yoxdur!" - mənasındadır?!

Mənə görə, Kamal müəllimin ən qabarıq və indiki zamanda xeyli fərqli tərəflərindən biri istedadlı adamı dəyərləndirməsi, istedada qiymət verməsidir. Həm də Kamal müəllimin bunu sadəcə, gündəlik işi kimi, işlərinin tərkibi kimi etməsi xeyli təsirləndiricidir. O, yaxşılığı özünütəsdiq üçün, yaxud da dost məclislərində mövzuya çevirib təriflənməkdən ötrü eləmir. Elədiyi yaxşılıqları çox zaman unudur. Yadımdadır, məclislərin birində Kamal müəllimin əl tutduğu, dəstək olduğu neçə-neçə adam haqqında danışılanda onun bütün bu deyilənləri xatırlamadığını və səmimi təəccübləndiyini müşahidə etmişdim. Kamal müəllimin gənc nəslə qayğısını, köməyini Bakı Slavyan Universitetinin rektoru işlədiyi vaxtlardan da hər kəs müşahidə edib. Tələbələrin öz rektorları haqda səmimi, xoş sözləri, yaradılmış demokratik mühit barədə dedikləri yaxşı yadımdadır. Onun rektorluğu dövründə Yaradıcılıq fakültəsinin fəaliyyətə başlaması, neçə-neçə istedadlı gənci öz ətrafında birləşdirməsi də çox mühüm məqamlardan biridir. Hazırda rektoru olduğu Azərbaycan Dillər Universitetinə də eyni yaradıcı ruhla rəhbərlik edir.

Vətən müharibəsi günlərində Kamal Abdulla "Müharibə və onun ədəbi-bədii əks-sədası" adlı yazı qələmə aldı. Nisgil və xiffət, amma həm də inam dolu yazıda ordumuzun azad etməyə başladığı torpaqlarımızın həsrətini dilə gətirir, neçə il işğal altda sızlayan məkanlarımızı sadalayır, ordumuzun addım səsləriylə dirilən yurd yerlərini yada salır, həmkarlarına müdrik tövsiyələrini verirdi:

"Gərəkdir ki, əsgərin ardınca gedib bu yurdun qərib, hürkmüş künc-bucağını, dağılmış və dağılmamış evlərini, tikililərini baxışlarınla əzizləyəsən, onun don vurmuş qəddini açasan. Bu zaman sən görəcəksən, yox, sən hiss edəcəksən: odur, baxdığın yerdən sənin baxışına cavab gəldi. Səni tanıdılar. Sənin üzünə gülümsədilər. Bu zaman sən eşidəcəksən. Yox, bu eşitdiyin söz-filan olmayacaq. Sən torpağın ruhunu eşidəcəksən. Bu ruhun səsi hıçqırıq dolu bir pıçıltı olacaq. Bax, o pıçıltını eşidəndən sonra sən yaza biləcəksən".

Elə həmin günlərdə də müharibə keçmiş əsgərimizin psixoloji- mənəvi təlatümlərindən bəhs edən "Səngərdəki səs" hekayəsini qələmə aldı.

Kamal Abdullanın hekayələri təkcə bir əhvalatın təsviri deyil, həm də keçmişə qayıdışın, yaddaşın kövrək işartılarıdır. Onun "Qatardakı adam" hekayəsinin gənclər arasında yaratdığı müzakirə yadımdadır.

Kamal Abdulla yaradıcılığı haqda yazılan kitablar və məqalələr sayagəlməzdir. Bu əsərlərdə ən fərqli müəlliflər tərəfindən araşdırılan Kamal Abdulla yaradıcılığının nəhəngliyi özünü göstərir.

Bu yaxınlarda Türkiyənin Ankara şəhərində Türk Mədəniyyətini Araşdırma İnstitutu tərəfindən akademik, Xalq yazıçısı Kamal Abdullanın 75 illik yubileyinə həsr olunmuş Türk Dünyası Yazarları I Beynəlxalq Simpoziumu keçirildi. Bu, böyük yazıçımızın yubiley tədbirlərinin sanballı başlanğıcı oldu. Simpoziumda Kamal Abdullanın çoxşaxəli yaradıcılığı, onun ədəbiyyat, dilçilik və fəlsəfə sahəsindəki elmi fikirləri, eləcə də Türk dünyası mədəniyyətinə verdiyi töhfələr ətrafında geniş müzakirələr aparıldı. Dörd bölmədən ibarət olan simpoziuma professorlar Fikrət Türkmen və Bilge Ercilasun, akademiklər Muxtar İmanov və Nizami Cəfərov rəhbərlik etdilər.

Kamal Abdullanın "Gülçöhrə xanım və Əsgər ağa" hekayəsi 2022-ci ildə dərc olunub. Bu günlərdə isə

Bakıda daha bir möhtəşəm mədəni hadisə baş verdi.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Kamal Abdullanın pyesi əsasında hazırlanmış "Əsgər və Gülçöhrə" tamaşasının premyerası böyük anşlaqla keçdi. Bu tamaşa da Kamal Abdulla yaradıcılığının yubiley öncəsi təntənəsindən biri oldu.

Kitab rəfimdə Kamal Abdullanın qalın, sanballı 7 cildlik "Seçilmiş əsərləri" var. Tez-tez cildləri nəzərdən keçirir, varaqlayır, bu sanballı yaradıcılığa dönə-dönə heyrətlənir və onunla qürurlanıram.

Doğumunun 75-ci ilini qeyd etdiyimiz bu günlərdə ədəbi, elmi və insani məziyyətləri ilə Xalq yazıçısı, akademik Kamal Abdullanın ehtişamlı, sehrli aurası haqqında danışarkən niyyətim bu böyük şəxsiyyətin çoxşaxəli fəaliyyətinə bir daha ehtiramımı bildirmək və bundan sonra da uzun illər boyunca ədəbiyyatımızda, elmimizdə və dostluqda var olmasını arzulamaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Dekabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see398

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see315

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see266

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see244

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see240

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see237

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see236

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see232

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see231

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see228

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see224

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see223

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see212

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see209

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see206

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see197

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see181

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see181

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see176

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri