Icma.az
close
up
RU
Kitablar və sosial şəbəkələr...

Kitablar və sosial şəbəkələr...

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Həmişə belə olub ki, bir kitabı oxuyub qurtardıqdan sonra ikinci kitabı əlimizə almışıq. Hələ elə olub ki, günlərlə oxuduğumuz kitabın təsirindən ayrıla bilməmişik ki, növbəti kitaba başlayaq. Müasir dövrdə kitabla sosial şəbəkələri qarşı-qarşıya qoyarkən belə bir suala cavab axtarıram: görəsən iki-üç kitabı bir arada oxuya bilmədiyimiz təqdirdə, iki-üç, hətta bundan da artıq sosial şəbəkədən bir anda necə istifadə edirik? Həqiqətən çox maraqlıdır. Söhbətimizə kitablarla başlayaq...

Biz və kitablar

Kitab... Deyərdim ki, dünyada yaradılmış ən dəyərli vasitədir. Kitab insanın ən yaxın dostu, ömrünün bəzəyidir. Kitab sirdaşdır, hər an pıçıltılarını dinləyən, sənə düzgün yol göstərən əsl dost. Kitab vaxtdır, bəzən ilişib qalan saatları sürətlə irəliyə doğru aparan, günün haradan gəlib haraya getdiyindən insanı bixəbər edən vasitədir.

Hər kəsin yanında olub, bir gün səndən uzaqlaşdığı təqdirdə kitab səninlə qalan, dərd-sərinə şərik olan vasitədir. Kitab milyonlarla insanla tanışlıqdır. Minlərlə insan taleyi ilə tanışlıqdır. Düz yolun göstəricisi, əyri yolun düşmənidir.

Kitab xarakterdir. İnsan xarakterinin düzgün formalaşmasında tərbiyəedicidir. Nəyi necə etməyi göstərən, nəyi harada danışmağı öyrədən müəllimdir. Əməyi, zəhməti misilsiz olan müəllim. Haqqı ödənilə bilməyən öyrədicidir.

Kitab yol yoldaşıdır. Hər an yanındadır. Dünyanın harasında olsan, hansı səbəbdən olsan yanında tək olandır. Səni tək qoymayan, darıxmaqdan uzaq saxlayan, münasib olmayan dostluqlardan çəkindirən yoldaşdır. Harada gəldi dərdini sonadək dinləyən, yaralarına məlhəm olan yol yoldaşıdır.

Kitab taledir. Mənim, sənin, hamımızın taleyidir. Bir-birimizə sirrimizi-sözümüzü demədiyimiz halda, kitab bizləri bir-birimizin taleləri ilə tanış edən vasitədir. Kiminsə taleyinə acıdığımız, kiminsə taleyinə sevindiyimiz, pisi pis, yaxşını yaxşı kimi tanıtdıran, öyrədəndir.

Kitab xatirədir. Uşaqlıqdan gəncliyə, gənclikdən ahıllığa ərməğan olan xatirələr toplusudur. Bir dəfə səhifələrində gözlərin gəzəndən sonra ikinci dəfə əlinə aldığında səni gənclikdən uşaqlığa, ahıllıqdan gəncliyə aparan xatirələrdir.

Elə bütün bu səbəblərdən də kitab hər birimiz üçün dəyərlidir. Çünki o bizim də dostumuz, yoldaşımız, sirdaşımız, yol yoldaşımız, taleyimiz, xatirələrimiz olub. Kimsəyə deyə bilmədiyimiz sözümüzü dinləyənimiz olub. Qəhrəmanlarına öz dərd-sərimizi də qarışdırıb göz yaşını axıtdığımız səhifələrdir. Gecəni sübhədək ayrıla bilmədiyimiz yuxumuzdur. Dünyanın ən şirin neməti olan yuxunu illərlə qurban verdiyimiz varlıqdır. Qəhrəmanları həyat idealımıza çevrilən, bizi peşəyə, sənətə, həyata yönəldən varlıq...

Deyərdim ki, kitab ana laylasının davamıdır. Körpəikən ana laylasıyla dinclik, sakitlik, məlhəm tapdığımız halda, ömrümüzün sonrakı çağlarında bu laylaları yeganə əvəz edə bilən kitablardır. Ana laylalarına qulaq kəsib ağlamamışıq, bir də kitablarla varlığımız-yoxluğumuz hiss olunmayıb. Çəkilmişik bir guşəyə, burada onunla-ikinci ana laylası ilə baş-başa qalmışıq. Ruhumuza qida olub kitablar, ana südü tək qidamız olub. Kitab oxuyanlar xatırlayar, hansısa bir kitab səni özündən alıb elə aparıb ki, gün ərzində aclıq hissi belə duymamısan. Belə isə ən gözəl qidadır kitablar.

Kitab arzudur, bu arzuya qurulan xəyaldır. Gələcəyin, sabahındır. Qəhrəmanlarının səni səslədiyi həyat yoludur. Onlara bənzəyən həyat yolunu qurmaqda səni ruhlandıran, yolgöstərəndir. Mübarizlikdir kitab. Həyatla, haqqınla, insanlarla mübarizədir. Bütün bunları necə etməyi öyrədəndir.

Kitab bir filmdir, oxudunmu, sanki bir filmə baxdın, bir hadisənin içərisində oldun, onun qəhrəmanları ilə birgə yaşadın. Kitab bir mahnı, bir şeirdir, necə ki, bir musiqi, bir parça şeir səni səndən alıb aparır, kitab da elədir. Saatlarla gedirsən, bəzən keçmişə, bəzənsə gələcəyə...

Kitablardan bir xeyli danışdıq, bir qədər də sosial şəbəkələrdən danışaq.

Sosial şəbəkələr və biz

Biz istəsək də, istəməsək də, həyatımızda sosial şəbəkələr var və olmalıydı da. Bunu əksər insanlar müasir dövrlə, texnologiyanın inkişafı ilə əlaqələndirirlər. Belə fikirdə olanlar da var ki, həyatımıza sosial şəbəkələr daxil edilib, onların olması məsləhət bilinib. Bu dünyanın işlərindən hələ ki, çoxlarımız bixəbərik.

Sosial şəbəkələrin yaxşı tərəfləri çoxdur. Onlar öncə məlumatlığımız, dünyada baş verən hadisələrdən bir anda xəbərdar olmağımızdır. İnformasiyanı bir-birimizə ötürməyimiz üçün əlverişli vasitədir. Müasir dövrdə informasiya bolluğudur.

Sosial şəbəkələr arxivdir. Düzdür, ənənəvi arxivlərimiz qədər etibarlı olmasa da, bir andaca bütövlükdə silinə biləcəyini hamımız yaxşı bilsək də, lakin o hadisə nə vaxtsa baş verənədək arxivdir. Bu da bir çox iş adamlarının necə deyərlər, işinə yarayır.

Sosial şəbəkələr kitabdır. Əldə edə bilmədiyimiz və oxumaq istədiyimiz kitabları, yeni nəşrləri buradan asanlıqla tapıb oxumaq imkanıdır.

Sosial şəbəkələr hər birimizin reklamıdır. Orada hər kəs öz işi, peşəsi, bacarığı ilə bağlı reklamlarını aparır.

Sosial şəbəkələr bir-birimizin ta açılmayan qapısıdır. Buradan bir-birimizin evində qonaq olur, ağsaqqal-ağbirçəyimizi, xəstəmizi yoluxur, görüşür, danışırıq. Ta vaxt ayırıb hər hansı qohum-qonşuya getməyə ehtiyac qalmır.

Sosial şəbəkələr insanların bir-birinə göstərmək istədiklərini reallaşdıran, eyni zamanda bir-birilərinə deyəcəkləri sözləri ünvanına çatdıran vasitədir.

Bu barədə düşünək!

Belə isə, yaxşı, əksəriyyətin dediyi olsun, müasir dövrdür, internet əsridir, sosial şəbəkələr də olmalıdır. Amma nə qədər axı? Yağışdan sonra çoxalan göbələklər kimi, hər gün artan sosial şəbəkələr axı unudub bir kənara tulladığımız, kitabxanalarda toz basmaqda olan, evlərimizdən yoxa çıxan kitabların verdiyini vermir övladlarımıza. Çünki sosial şəbəkələrdən düzgün istifadə etmirik. Əlimizdəki telefonla bir anda bir neçə sosial şəbəkədə oluruq ki, bu, ən birinci sağlamlığımızı təhlükə altına alır. Daha sonra isə vaxtımızı və sözün ifadə edə bilmədiyi çox şeyləri.

Sosial şəbəkələr ailələrimizi dağıdır, sevənləri bir-birindən ayırır, övladlarımızın əxlaqına mənfi təsir göstərir, milli-mənəvi dəyərlərimizi silir, tərbiyə amilinin əksinə işləyir. Bütün bunları da bilməyən yoxdur. Hamı yaxşı bilir ki, sosial şəbəkələrdə nələr yayınlanır.

Bizlər isə azyaşlı uşaqlarımızın əlinə kitab vermək əvəzinə, smartfonları verir, onların bir guşəyə çəkilib saatlarla ortalığa çıxmamasına göz yumuruq. Hələ uşaqlarımız bir yana, özümüzdən deyək. Əlimizdə telefon sosial şəbəkələrdi ki, gəzirik. Oradan bir xəbər oxuyuruq, buradan bir nəfər dostumuza, rəfiqəmizə yazırıq, o birisində bir videoya baxırıq, daha o birindən şəkil paylaşırıq və sair. Saatlar ötüb keçir, çıxa bilmirik buradan. Təmiz hava almağı da, işdən sonra uşaqlarımıza, ailəmizə vaxt ayırmağı da qurban vermişik sosial şəbəkələrə. Bu sosial şəbəkələr isə bu gün təqdir etdiyimiz texnologiyanın uğurudur, sabahsa bataqlıqdır bizim üçün. Nə qədər çalışsaq da çıxa bilməyəcəyimiz bataqlıq...

Axı bir anda bir neçə sosial şəbəkəni necə idarə etmək olar? Bu, insana nə verə bilər? Hər yerdən bir az, yarımçıq informasiya alma, yarımçıq film izləmə, mahnı dinləmə, kitab oxuma və sair. Dəfələrlə bu yarımçıqlığın şahidi olmuşuq. Söhbət əsnasında sürətli baxıb keçmələr səbəbindən ən yaxın rəfiqənin, dostunun, yaxın qohumunun sənin yazdıqlarınla, təkliflərinlə bağlı informasiyanı almamasının və yaxud paylaşılan bir xəbərin sadəcə səhlövhəsini oxuyub, hadisənin mahiyyətindən bixəbər qalmasının şahidi olmuşuq. Bəs belə sürətlə keçmək nə qazandıracaq bizə? Əlbəttə, heç nə. Sürət zamanı deyib dururuq, lakin bu sürətin bizi durğunluğa aparmasını əsla düşünmürük.

Yenə də yazının əvvəlində dediyim fikrə gəlmək istəyirəm. Biz iki kitabı bir arada oxuya bilmədiyimiz halda, neçə-neçə sosial şəbəkələri bir anda necə oxuyuruq, görürük, dərk edirik, yadımızda saxlayırıq? Bu suallar bəlkə də bu yazını oxuyanlarda ikrah hissi doğuracaq. Lakin bu sualların cavabını ümidvaram ki, bir neçə ildən sonra əksəriyyət insanlar axtaracaq. Lakin onda artıq gec olacaq. Çünki hər mənada itirdiklərimiz qazandıqlarımızdan dəfələrlə çox olacaq.

Kitablar və sosial şəbəkələr... Hansı faydalıdır, hansı məsləhətlidir. Təbii ki, ikisi də. Lakin hər ikisindən düzgün istifadə etməklə nəyə isə nail olmaq olar. Düzgün istifadə isə düzgün vaxt ayırmaqdan və düzgün seçimdən başlayır. İstər hansı kitabı seçmək, istər hansı sosial şəbəkədə nəyə baxmaq, nəyi oxumaq olsun, faydalılar uğur gətirə bilər.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Yanvar 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see185

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see131

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see118

Alimlər məşqin xərçənglə mübarizədə təsirini sübut edib

08 İyun 2025 14:47see118

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see117

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see117

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see115

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see115

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see114

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see114

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see114

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see113

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see112

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see112

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see111

Atambayev bu ölkədə mühakimə olunmaq istəyir

08 İyun 2025 10:06see111

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see111

Çaylarda su səviyyəsi bu qədər qalxdı

08 İyun 2025 11:06see111

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri