Icma.az
close
up
RU
Kitabxanalar boşdur, mədəniyyət evləri sıradan çıxıb

Kitabxanalar boşdur, mədəniyyət evləri sıradan çıxıb

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Pul verilmir deyə oğurluq baş verir, həll yolu şəffaflıqdan keçir

Şahbaz Xuduoğlu: "Ədalətli və şəffaf sistem olmasa, mədəniyyət sahəsində islahat baş tutmayacaq"

Kinonun ardınca klublar, mədəniyyət evləri, kitabxanalar, musiqi məktəbləri də, deyəsən, pulsuz qalacaq. Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında ümumən mədəniyyət sahəsinə ayrılacaq büdcə vəsaitinin kəsib-doğranmasıyla yadda qalıb. Millət vəkili, Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu 2026-cı ildə kino sahəsinə vəsaitin ayrılmamasından gileylənib. Deyib ki, “gələn ilin büdcəsindən kinoya vəsait ayrılmayıb. Bunun səbəblərini bilmirəm. Azərbaycanın gözəl, dünyaya səs salan film nümunələri var. Belə halda kinoya heç bir vəsait ayrılmamağı düzgün deyil. Vəsaitin olmaması ora gətirib çıxaracaq ki, kinodakı mütəxəssislər iş yerlərini tərk edəcəklər. Nəticədə kinomuz inkişaf edə bilməyəcək”. Maliyyə nazirinin müavini Himalay Məmişov isə Azərbaycan Respublikasının Kino Agentliyinə gələn il dövlət büdcəsindən vəsait ayrılmamasının səbəbini açıqlayıb. Deyib ki, bu il Kino Agentliyinə 8,5 milyon manat vəsait ayrılıb: "2025-ci ildə Azərbaycan Kino Agentliyinə 8,5 milyon manat vəsait ayrılıb. Artıq 11-ci aydır, indiyədək həmin vəsaitin 41 faizini, yəni 3,5 milyon manatı istifadə olunub. Hələ 5 milyon manat istifadə olunmamış qalıq var. 2025-ci ilin əvvəlinə həmin qurumun 11,5 milyon manat istifadə olunmamış vəsaiti var. 2026-cı il üçün sifarişlər 12 milyon manatdır. Həmin qurumun əlində olan vəsaitlərin növbəti il üçün xərclərini ödəyəcəyini düşünürük".

Millət vəkillərindən bəzisi musiqi məktəblərini, klubları, mədəniyyət evlərini “qılınclayıb” ki, bunlar öz funksiyalarını yerinə yetirə bilmir, modernləşmək lazımdır.  

Millət vəkili Ceyhun Məmmədov isə “büdcəyə qənaət musiqi məktəblərinin və kitabxanaların bağlanması hesabına olmamalıdır", deyib və kitabxanaların saxlanmasının vacibliyini vurğulayıb: “Təmsil etdiyim bölgədə 5 kitabxanada problem var. Kitabxananın işçisinin 65 yaşı tamam olub, təqaüdə göndərilib və yerinə işçi götürülməyib. Bu gün həmin 5 kitabxananın fəaliyyəti dayanıb. Hesab edirəm bu məsələnin xüsusi diqqətdə saxlanılmasına ciddi ehtiyac var. Mədəniyyət sahəsi çox önəmlidir. Dövlət büdcəsinə qənaət musiqi məktəblərinin və ya klub və kitabxanaların bağlanması hesabına olmamalıdır. Onsuz da bu müəssisələrin saxlanılması böyük vəsait tələb etmir. Sözügedən sahədə ciddi dəyişikliklər gələcəkdə bu sahənin inkişafına mənfi təsir göstərə bilər”.

Maraqlı olan budur ki, məsələn, Hesablama Palatası konkret qurumların fəaliyyətini araşdırır və bəzən yeyinti, vəsaitin düzgün xərclənməməsi hallarını üzə çıxarır. Hansı sahədə yeyinti varsa, nəzarəti artırmaq, kadr seçimini düzgün aparmaq əvəzinə, o sahəni birdəfəlik silmək, ləğv etmək məntiqi ilə hərəkət ediləcəksə, bir çox qurumlar, qapalı və açıq səhmdar cəmiyyətlər gərək ləğv olunsun. Hansısa sahədə yeyinti olması, ora vəsait ayrılmamasını, oranın bağlanmasını mütləq edirmi? Söhbət mədəniyyət sahəsindən gedir. Mənəvi gücü böyük (böyük olmalı – M.R.), büdcəsi kiçik bir sahədən.   

Nasir, dramaturq Firuz Mustafa “Şərq”ə açıqlamasında bildirdi ki, bu məsələlər barədə dəfələrlə yazıb: 

- Nə fayda? İndiki halda qısaca bunu deyirəm ki, dövlət mədəniyyət sahələrinin, o cümlədən kinonun inkişafına kömək etməlidir. İmkan daxilində bu cür dəstək olur da. Amma nə yazıqlar ki, əksər hallarda ortaya ya zəif əsərlərin çıxdığının şahidi oluruq, ya da ayrılan vəsaitin çoxunun talandığı haqda məlumatlar eşidirik. Vəsaitin kəsilməsi, ayrılmaması mədəniyyət sahəsində daha da pis vəziyyət yaradacaq. 

“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu “Şərq”ə açıqlamasında qeyd etdi ki, kinoya ayrılan vəsaitin yalnız 41 faizinin xərcləndiyi xəbərinə inanmaq olmur: 

- Adamın inanmağı gəlmir. Ona görə bu gündədir də mədəniyyət sahəmiz, kinomuz. Kitabxanalar kitabsız, mədəniyyət evləri işlək vəziyyətdə deyil. Əvvəllər hər mədəniyyət evinin özünün ansamblı, musiqi alətləri, kollektivi vardı, tamaşalar qoyulurdu, konsertlər təşkil edilirdi. Hətta kənd klublarında da bunlar olurdu. Nazirlik tərəfindən vəsaitlə, avadanlıqla təmin edilirdi. Büdcəni niyə kəsirlər? Əslində, heç nə artmayıb. Ötən il alınan kitab sayı bu il alınandan daha çox idi. Bu il daha az alınıb kitab. Amma şəxsən biz daha çox kitab nəşr etmişik. Uşaq kitabxanaları boşdur. Pis vəziyyətdədir. Onları təmin etmək lazımdır. Dövlət vəsaiti hesabına filmlər çəkilməyib. Halbuki çəkiləsi, ekranlaşdırılası nə qədər vacib mövzular var. Filmlər çəkə, festivallar təşkil edə bilərlər. Bunlar hamısı mədəni hadisələrdir. Mədəniyyət sahəsinin büdcəsini, əksinə artırmaq lazımdır. Teatrların vəziyyəti, sənət adamlarının vəziyyəti zatən çox pisdir. Onların büdcəsini necə kəsmək olar?! Yaradıcı təşkilatların büdcəsini artırmaq, yaradıcılığın, sənətin, sənətkarlığın biznesini yaratmaq lazımdır. Mədəniyyətin büdcəsini kəsmək, onu bir az da öldürmək deməkdir.  

Ş.Xuduoğlu qeyd etdi ki, hər bir işin başında iradəli, qərar qəbul etmək bacarığı olan adam dayansa, işlər irəliləyər: 

- Vəsaitin düzgün xərclənməsinə dövlət nəzarət etməlidir. Amma pul verilmir, ona görə ki oğurlanır, bu, absurd fikirdir. Məntiqsizdir. Sistem ona görədir ki, pul verilsin, iş görülsün. Əlbəttə, şəffaflıq təmin edilmədikcə oğurluq olacaq. Asan Xidmət sahəsi niyə yaxşı işləyir? Çünki şəffaflıq var. Bilirsiz, cəza heç bir cinayəti yüngülləşdirmir. Dövlətin, xalqın milyardlarla pulunu oğurlayırlar, gedib həbsxanada rahat “yatırlar”. İnsanlardan oğurlanan pul isə geri qaytarılmır. Bu, cəza mexanizmi deyil. İşdə şəffaflıq yaradılsa, oğurluq edə bilməyəcəklər. Bu, oğurlamaq istəyən adam üçün ən böyük cəzadır.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Noyabr 2025 06:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri