Icma.az
close
up
RU
Kitabxanaların acınacaqlı vəziyyəti: Fazil Mustafa problemləri sadaladı

Kitabxanaların acınacaqlı vəziyyəti: Fazil Mustafa problemləri sadaladı

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əvvəl kitabxana binalarını sertifikatlaşdırmaq lazımdır.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib.

Deputat qeyd edib ki, illər ərzində böyük təcrübəyə və zəngin kitab yaddaşına malik çoxsaylı kitabxanaçılar müxtəlif səbəblərdən sistemdən ayrılıb və bu potensialın qorunmasına xüsusi diqqət yetirilməlidir.

“Bəzi sahələr var ki, orada təcrübəli kadrı qorumaq vacibdir. Müəllimi itirmək məktəbin potensialını itirmək deməkdirsə, təcrübəli kitabxanaçının itirilməsi də kitabxana sisteminə mənfi təsir göstərir”, – deyə o vurğulayıb.
Fazil Mustafa hesab edir ki, sertifikasiya və ya digər qiymətləndirmə tədbirləri həyata keçirilməzdən əvvəl kitabxanaların infrastrukturu və iş şəraiti dəyərləndirilməlidir.

“Əvvəl müəyyən etməliyik ki, kitabxanalarda işlək kompüterlər yetərlidirmi, binaların vəziyyəti necədir. Çıxışlarda da qeyd olunduğu kimi, kitabxanaların böyük hissəsi standartlara uyğun deyil”, – deputat bildirib.

O qeyd edib ki, ölkənin müxtəlif bölgələrində çoxsaylı kitabxanalarda olub və bəzilərində vəziyyətin uzun illərdir ciddi problem olaraq qaldığını müşahidə edib.

“Bu, bugünün problemi deyil. Elə kitabxanalar var ki, bina şəraiti çox ağırdır. İstilik sistemi olmadığından kitabxanaçı palto ilə iş başında qalmağa məcbur olur”, – deyə Fazil Mustafa bildirib.

Deputat kitabxanaçıların əməkhaqlarına da toxunub. Onun sözlərinə görə, kitabxanaçıların maaşı təxminən 420-550 manat arasında dəyişir və nəqliyyat xərcləri çıxıldıqdan sonra onların real gəliri daha da azalır.

“9-dan 6-ya qədər işləyən, işə gəlmək üçün bir neçə marşrut dəyişən kitabxanaçıların aldığı maaş faktiki olaraq 300-350 manat səviyyəsinə düşür”, – deyə o əlavə edib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 İyun 2026 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri