Icma.az
close
up
RU
Kitabxanaşünaslığın aktual problemləri elmi konfrans

Kitabxanaşünaslığın aktual problemləri elmi konfrans

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 5 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda II respublika elmi konfransı işə başlayıb.

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib.

Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik tariximizdəki xilaskarlıq rolunu vurğulayaraq, dahi rəhbərin ölkənin ən çətin vaxtında Azərbaycanda daxili sabitliyi bərqərar etdiyini və uzaqgörən xarici siyasəti sayəsində dövlətin prioritet istiqamətlərini dəqiqliklə müəyyənləşdirdiyini diqqətə çatdırıb.

AMEA rəhbəri Qarabağ münaqişəsinin davam etdiyi dövrdə məhz Heydər Əliyevin qətiyyətli diplomatik gedişləri ilə Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasına və ölkəmizin haqlı mövqeyinin tanınmasına nail olduğunu qeyd edib. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin bu siyasi kursu uğurla davam etdirilib, nəticədə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və xalqın birliyi ilə şanlı qələbəyə imza atılıb.

Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Zəfər Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Prezident İlham Əliyev hazırda qalib xalqın qalib lideri kimi Azərbaycanı inamla irəli aparır.

Akademiya rəhbəri bildirib ki, Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində elm, təhsil və mədəniyyət sahələrinin inkişafı xüsusi yer tutub və bu istiqamətlər dövlətin intellektual potensialının əsas dayaqları kimi daim diqqət mərkəzində olub. Sovet dövründə Azərbaycan ziyalılarına göstərilən yüksək qayğı və onların dövlət səviyyəsində dəstəklənməsi bu siyasətin mühüm tərkib hissəsi idi. Bu ənənə indi də uğurla davam etdirilir.

MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov “Heydər Əliyev və Azərbaycanda kitabxana işinin inkişafı” adlı məruzəsi ilə çıxış edib. Direktor qeyd edib ki, Azərbaycan xalqının zəngin mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsində kitabxanalar mühüm rol oynayıb və bu sahənin inkişafı birbaşa Ulu Öndərin adı ilə bağlı olub. Onun rəhbərliyi dövründə kitabxana şəbəkəsi genişləndirilib, yeni kitabxanalar yaradılıb, ixtisaslı kadr hazırlığı gücləndirilib və kitabxana işi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Müstəqillik illərində isə Heydər Əliyevin uzaqgörən qərarları nəticəsində kitabxanalar qorunub, bu sahənin hüquqi bazası daha da möhkəmləndirilib.

Konfransda Prezident Kitabxanasının direktoru professor Afət Abbasova, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Bayramov, YAP Yasamal rayon təşkilatının məsləhətçisi Fuad Həbibzadə çıxış edərək kitabxanaşünaslıq elminin tədqiqinə, aktual problemlərinin müzakirəsinə ehtiyac olduğunu bildiriblər

Daha sonra konfrans işini “Heydər Əliyevin Azərbaycanda kitab və kitabxana işinin inkişafında rolu”, “Rəqəmsallaşma şəraitində kitabxana fondlarının formalaşdırılması və idarə olunması”, “Elm-kitabxana-cəmiyyət qarşılıqlı əlaqədə”, “Korporativ kitabxana sistemlərinin, süni intellekt və yeni texnologiyaların kitabxanaların fəaliyyətinə tətbiqi” mövzularında bölmələrlə davam etdirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2026 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri