Icma.az
close
up
RU
Azərbaycanın orta əsrlər tarixinin aktual problemləri elmi konfrans

Azərbaycanın orta əsrlər tarixinin aktual problemləri elmi konfrans

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 16 oktyabr, AZƏRTAC

AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan orta əsrlər tarixinin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tarixi yaddaşın qorunması və elmi tədqiqatların təşviqi məqsədilə keçirilən tədbirdə orta əsrlər dövründə Azərbaycanın dövlətçilik ənənələri, siyasi və iqtisadi proseslər, mədəni irs, eləcə də beynəlxalq əlaqələri müasir elmi yanaşmalar müstəvisində müzakirə və təhlil olunub.

Elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev konfransının əsas məqsədinin Azərbaycanın orta əsrlər tarixinə dair yeni yanaşmalar ortaya qoymaq, elmi diskussiyalar apararaq bu sahədə mövcud boşluqları müəyyənləşdirmək, gənc tədqiqatçıları tarix elminə geniş şəkildə cəlb etmək olduğunu söyləyib. Bildirib ki, orta əsrlər dövrü Azərbaycan tarixində çox mühüm mərhələdir. Həmin dövrdə ölkəmizin ərazisində bir sıra dövlətlər yaranıb və mühüm siyasi, iqtisadi, mədəni hadisələr baş verib. Təxminən III əsrdən XVIII əsrin sonlarına kimi Azərbaycan ərazisində Qafqaz Albaniyası, Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Atabəylər (Eldənizlər), Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Azərbaycan xanlıqları kimi dövlətlər mövcud olub. Bu dövlətlər Azərbaycan xalqının formalaşması və dövlətçiliyinin inkişafında böyük rol oynayıb.

Azərbaycanın VII-XIV əsrlər tarixi şöbəsinin müdiri akademik Nərgiz Axundova konfransda orta əsrlər tarixinin bəzi aktual problemləri haqqında müzakirələr aparılacağını deyib. O bildirib ki, orta əsrlər dövrünə dair bir çox məlumatlar əsasən ərəb və fars dillərində yazılıb. Həmçinin bir sıra Avropa səyyahlarının, diplomatlarının yazılarında, rus, erməni, gürcü mənbələrində orta əsrlər Azərbaycan dövlətlərinin siyasi, sosial-iqtisadi və mədəni həyatı ilə bağlı zəngin məlumatlar var. “Orta əsrlər tariximiz bizim kimliyimizin bir hissəsidir. Bu tarixə sahib çıxmaq, onu araşdırmaq və gələcək nəsillərə düzgün şəkildə çatdırmaq tarixçilərin borcudur”, - deyə akademik vurğulayıb.

Konfransda “Raşidi xəlifələri dövründə xilafətin Azərbaycan siyasəti”, “Azərbaycanın mili-demokratik və mühacir ziyalılarının elmi irsində orta əsrlər tarixinin aktual problemləri”, “Qərb bölgəsinin ənənəvi yaylaqları mənbələrdə”, “Azərbaycanda islamın yayılması”, “Azərbaycan orta əsrlər tarixinin mənbələri və tarixşünaslığı”, “Nemətullah Naxçivaninin təsəvvüf və dini maarifçilik görüşlərinə dair”, “X-XIII əsrlərin Azərbaycan sikkələri və Nailə Vəlixanlının tədqiqatları”, “Şirvanşahlar dövlətinin mədəni irsi və Azərbaycan mədəniyyətində rolu”, “Orta əsr Qəbələ qazıntı yerindən tapılan qadın kəlləsi haqqında”, “İlxanilər dövrünə aid yeni aşkar edilmiş memorial abidələr haqqında”, “Orta əsrlərin maddi mədəniyyətində dekorativ bişmiş kərpiclərin yeri”, “V əsrə aid Qrabarca qaynaqların Azərbaycan tarixinin öyrənilməsində önəmi” mövzularında məruzələr dinlənilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri