KİV: Əliyev və Paşinyan Ağ Evdə əslində buna görə görüşür Yeni detallar
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərbaycan və Ermənistan liderləri ABŞ-da sülh müqaviləsi deyil, memorandum imzalayacaqlar”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Middle East Eye”in məqaləsində qeyd olunur.
Nəşr yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Ağ Ev rəhbəri Donald Trampla görüş zamanı ölkələrin sülh prosesini davam etdirmək niyyətlərini bəyan edəcəklər. Yəni sadəcə bunun əks olunduğu memorandum imzalanacaq.
Məqalədə bildirilir ki, Tramp artıq bir müddətdir nail olmağa çalışdığı “sülhyaratma” məqsədi istiqamətində bu görüşü vacib hesab edir.
Qeyd edək ki, ötən gün Ağ Evə yaxın mənbələr Azərbaycan və Ermənistan liderlərinin avqustun 8-də Vaşinqtonda Donald Trampla görüşəcəyinə dair məlumat yaydı.
Əliyar Xəlil
Globalinfo.az


