KİV: MDB vətəndaşları Rusiyada İranın Şahed 136 PUA larını yığmağa məcbur edilirlər Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
MDB ölkələrinin, o cümlədən Azərbaycanın vətəndaşları saxta yolla Tatarıstanda (Rusiya - Qeyd) İrana məxsus pilotsuz uçuş aparatlarının qeyri-qanuni istehsalı üzrə gizli zavodda işə cəlb olunurlar.
Bu barədə "Baku TV" telekanalının materialında deyilir.
Məlumata görə, internetdə Tatarıstan Respublikasında yüksək texnologiyalı istehsal üçün xüsusi iqtisadi zonanın ərazisində Rusiyadan deyil, MDB ölkələrindən olan vətəndaşların işlə təmin olunmasını nəzərdə tutan "Alabuga Start" proqramı haqqında reklamlar aktiv şəkildə yayılır.
"Parlaq, cəlbedici veb sayt, karyera yüksəlişi və maraqlı iş vəd edilir. Hər şey qaydasındadır, amma insanlar perspektivli qazanc ümidi ilə orada iş tapır, bu zonaya köçür və sonda elanda deyilənlərdən başqa bir işə cəlb olunurlar".
Daha ətraflı videoda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 24 Yanvar 2025 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















