KİV: NATO Türkiyəyə əlavə “Patriot” sistemi yerləşdirməyi nəzərdən keçir
Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
NATO İran tərəfindən yarana biləcək raket təhlükəsinə qarşı Türkiyədə hava hücumundan müdafiə sistemlərini gücləndirməyi nəzərdən keçirir.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə “Bloomberg“ NATO mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, ittifaq Türkiyədəki bir hava bazasına əlavə “Patriot” raketdən müdafiə sistemi yerləşdirə bilər.
Türkiyənin Şərqində yerləşən Kürecik HHM bazasında ABŞ-a məxsus AN/TPY-2 radar xəbərdarlıq sistemi Yaxın Şərqdən buraxılan raketləri izləmək üçün istifadə olunur və ehtimal olunan hədəflərdən biri hesab edilir.
Eyni zamanda İncirlik HHQ bazasında mövcud olan “Patriot” PAC-2 sisteminin yanında daha güclü “Patriot” PAC-3 batareyasının yerləşdirilməsi də müzakirə olunur.
PAC-3 sistemi xüsusilə ballistik raketləri zərərsizləşdirmək üçün daha effektiv sayılır.
Qeyd edək ki, NATO qüvvələri 4 martdan bəri İran tərəfindən buraxılan üç raketi zərərsizləşdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:330
Bu xəbər 16 Mart 2026 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















