KİV: Trampın tarifləri tətbiq etməsi bazarlarda kəskin çalxalanmaya səbəb olub
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın Kanada, Çin və Meksikaya gömrük rüsumları tətbiq etməsi bazarlarda kəskin çalxalanmaya səbəb olub.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, bu addım ABŞ iqtisadiyyatına ciddi zərbə vura və istehlakçılar üçün qiymət artımına səbəb ola bilər. Bunun fonunda dollar indeksi 1 % bahalaşıb, qlobal birjalar isə kəskin ucuzlaşıb. Kanada dolları 2003-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. İnvestorlar riskli aktivlərdən kütləvi şəkildə qaçmağa başladığı üçün kriptovalyutalar da təzyiqə məruz qalıb - “Ethereum”un məzənnəsi 11 % ucuzlaşıb.
“Goldman Sachs Group”un analitiklərinin fikrincə, korporativ mənfəətin pisləşməsi səbəbindən ABŞ fond bazarında 5 % ucuzlaşma riski var. “RBC Capital Markets” isə 5-10 % mümkün azalma proqnozlaşdırır.
Enerji bazarları Trampın qərarına qiymət artımı ilə reaksiya verib. Tariflər amerikalı istehlakçılar üçün yanacağı bahalaşdıra və tədarük zəncirlərini poza bilər. Nyu Yorkda benzin fyuçersləri 6,2 %, “West Texas Intermediate” neftinin dəyəri isə 2 % bahalaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 03 Fevral 2025 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















