KİV: Trampla Danimarkanın baş naziri arasında Qrenlandiya danışıqları çox pis keçib
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ prezidenti Donald Tramp Danimarkanın baş naziri Mette Frederiksenlə telefon danışığında Qrenlandiyanın alınmasında israr edib.
“Report” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yüksək vəzifəli avropalı məmurlara istinadən məlumat yayıb.
Danimarkanın baş naziri gələcək Amerika prezidenti ilə yanvarın 15-də danışıb. Söhbətdən sonra o, Qrenlandiyanın satılmadığını vurğulayıb.
Rəsmilər “FT”yə söhbətin çox pis getdiyini söyləyib. Onlar əlavə ediblər ki, Frederiksenin hərbi bazalar və mədən sahəsində əməkdaşlığı genişləndirmək təklifinə baxmayaraq, adanın satılmadığını deməsindən sonra Ağ Ev rəhbəri aqressivlik nümayiş etdirib.
“Niyyət çox aydın idi. Amerikalılar Qrenlandiyanı istəyir. Danimarkalılar indi böhran rejimindədir”, - mənbə bildirib.
Başqa bir mənbəyə görə, Danimarka vəziyyətdən tamamilə qorxur. “O (Tramp - Qeyd) Danimarkaya qarşı konkret tədbirlərlə, məsələn, hədəflənmiş tariflərlə hədələyib”, - keçmiş Danimarka rəsmisi bildirib.
Frederiksenin ofisi anonim mənbələr tərəfindən verilən söhbəti şərh etməyəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 25 Yanvar 2025 05:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















