Kiyev Dinamo sunun sabiq futbolçusu Azərbaycanın 1 ci Liqa klubuna keçir
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
"Araz-Naxçıvan"ın sabiq müdafiəçisi Mohammed Kadiri yenidən Azərbaycanda oynamağa yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, qanalı oyunçu 1-ci Liqa təmsilçisi "Mingəçevir"lə razılığa gəlib.
Aran klubunun afrikalı futbolçunun sosial şəbəkə hesabını təqib etdiyi də faktdır.
Kadiri karyerasına vətənində "Aşanti Qold"da başlayıb. Onun Avropa karyerası yetərincə zəngindir. Dayaq yarımmüdafiəçisi mövqeyində də oynaya bilən Mohammed "Araz-Naxçıvan"la yanaşı, müxtəlif vaxtlarda "Austriya" (Vyana, Avstriya), "Arsenal" (Tula, Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), "Çernomorets" (Ukrayna) və "Honved"də (Macarıstan) top qovub. 29 yaşlı futbolçu son olaraq Hindistanın “Mohammedan” klubunun formasını geyinib.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 13 Avqust 2025 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















