“Kiyev təslim olma əmri versə, Rusiya Trampın xahişini yerinə yetirməyə hazırdır” Putin
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya ABŞ Prezidenti Donald Trampın Kursk vilayətində qalan ukraynalı hərbçilərin həyatını xilas etmək istəyini təmin etməyə hazırdır.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Rusiya Təhlükəsizlik Şurasının iclası başlamazdan əvvəl açıqlama verib.
“ABŞ prezidentinin çağırışını səmərəli şəkildə yerinə yetirmək üçün Ukraynanın hərbi-siyasi rəhbərliyinin müvafiq əmri onun hərbi birləşmələrinin silahı yerə qoyması və təslim olması tələb olunur”, - Putin bildirib.
O vurğulayıb ki, bu halda ukraynalı əsgərlərin həyatına zəmanət veriləcək.
Xatırladaq ki, martın 14-də Tramp sosial şəbəkə hesabında minlərlə ukraynalı əsgərin tamamilə mühasirəyə alındığını və Putinə onları xilas etməyi xahiş etdiyini yazıb. Tramp cəbhənin hansı hissəsindən bəhs etdiyini yazmasa da, görünür, o, rus qoşunlarının uğurlu hücum əməliyyatı keçirdiyi Kursk bölgəsini nəzərdə tutub.
Bu mövzuda digər xəbərlər:ABŞ silahlı qüvvələri Trampın İranla bağlı verdiyi istənilən əmri yerinə yetirməyə hazırdır
30 Yanvar 2026 15:27
NATO Trampın tələbini yerinə yetirməyə hazırdır
15 May 2025 05:23
Putin Trampın bu xahişini yerinə yetirdi Peskov
30 Yanvar 2026 15:21
Kiyev əsgərlərə təslim olmaq əmri vermir Gerasimov
21 Noyabr 2025 00:36
Putin Trampın xahişini nəzərə alıb
04 Mart 2025 17:37
Baxış sayı:92
Bu xəbər 14 Mart 2025 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















