Kiyevdə keçirilən Sammitin iştirakçıları bəyannamə imzaladılar
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Kiyevdə keçirilən 5-ci “Ukrayna – Cənub-Şərqi Avropa” Sammitinin iştirakçıları Moskvanı müharibəni dərhal dayandırmağa çağırıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə sammitin yekun bəyannaməsində bildirilib.
“Biz Rusiyanın Kiyev və Ukraynanın digər bölgələrinə qarşı intensivləşən müntəzəm kütləvi hücumlarını qətiyyətlə pisləyirik. Bu hücumlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”, - bəyannamədə deyilir.
Sammit iştirakçıları Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin prioritet olduğunu vurğulayıblar:
“Bunun üçün müvafiq hava hücumundan müdafiə sistemləri və ballistik raketlərin qarşısını almaq üçün istifadə olunan raketlərin tədarükü artırılmalıdlr”.
Qeyd edək ki, bu gün Kiyevdə baş tutan sammitdə Ukrayna Prezidenti Volodimir Zelenski, Moldova Prezidenti Maya Sandu, Rumıniya Prezidenti Nikuşor Dan, Sloveniyanın Baş naziri Yanez Yanşa, Monteneqro Prezidenti Yakov Milatoviç, Serbiya Prezidenti Aleksandr Vuçiç və Albaniya Prezidenti Bayram Beqay iştirak edirlər.
Bu mövzuda digər xəbərlər:Dini sammitin iştirakçıları Xankəndidə FOTOLAR
07 Noyabr 2024 16:58
Beynəlxalq sammitin iştirakçıları “ASAN xidmət”də
06 Noyabr 2026 13:00
G20 liderləri sammitin əvvəlində bəyannamə qəbul ediblər
22 Noyabr 2025 15:58
Meloni Parisdə keçirilən sammitin nəticələrindən narazı qalıb KİV
18 Fevral 2025 09:41
Sammitin şüarı məlum oldu
15 Avqust 2025 23:39
Baxış sayı:161
Bu xəbər 15 İyul 2026 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















