Kiyevdə kəşfiyyat zabitinə qarşı sui qəsdin qarşısı alınıb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əks-kəşfiyyatı Kiyevin mərkəzində Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) zabitinə qarşı planlaşdırılan sui-qəsdin qarşısını alıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, sui-qəsdi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) agenti hazırlayırdı.
Bildirilib ki, təhlükəsizlik əməkdaşları killeri paytaxtdakı iaşə obyektlərindən birində silahı çıxarıb GUR zabitinə tuşlayarkən ələ keçiriblər.
İstintaqın məlumatına əsasən, sui-qəsdi Mərkəzi Asiya ölkələrindən birinin 28 yaşlı vətəndaşı törətməli idi. O, öz ölkəsində “Telegram” kanalı vasitəsilə FSB tərəfindən ələ alınıb. Şübhəli Ukraynaya turist kimi gəlib, əvvəlcə Nikolayev vilayətinin Pervomaysk şəhərində qalıb. Burada o, bir neçə smartfon və SIM-kart alaraq FSB-dəki kuratoru ilə əlaqə üçün onları mütəmadi dəyişib.
Daha sonra həmin şəxs Kiyevə gəlib və kuratordan potensial “hədəfin” fotosunu, təxmini geolokasiyasını, eləcə də silahın gizlədildiyi yerin koordinatlarını alıb. O, həmin yerdən tapança və patronlar götürüb.
SBU bildirir ki, Ukraynalı zabitin qətlinə görə FSB saxlanılan şəxsə 50 min ABŞ dolları və Avropa İttifaqı ölkələrindən birində leqallaşdırma vəd edib.
Saxlanılma zamanı şübhəlidən silah-sursat və FSB ilə əlaqələri sübut edən smartfon götürülüb. Hazırda o, həbsdədir. Ona əmlakın müsadirəsi ilə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 26 Dekabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















