Kiyevdə on minlərlə insan işıqsız qaldı
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın hücumu nəticəsində Ukraynanın Kiyev vilayətinin Slavutıç şəhəri müvəqqəti olaraq işıqsız qalıb, problem təxminən 21 min insana təsir edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Mikola Kalaşnik məlumat verib.
Bildirilib ki, Rusiya Hərbi Hava Qüvvələri səhər saatlarında yenidən Ukraynanın enerji infrastrukturuna zərbə endirib.
Kalaşnik qeyd edib ki, bütün kritik infrastruktur artıq ehtiyat enerji mənbələrinə keçirilib.
Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya gecə saatlarından etibarən ölkə ərazisinə 141 zərbə PUA-ları ilə hücum edib. Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin şimalında, cənubunda və şərqində 114 Rusiya PUA-sını zərərsizləşdirib.
17 müxtəlif nöqtədə 26 zərbə PUA-sının hədəfə çatdığı, həmçinin 13 əraziyə vurulmuş aparatların qalıqlarının düşdüyü vurğulanıb. Hərbi Hava Qüvvələri əlavə edib ki, hava hücumu davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 06 Aprel 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















