İƏT dövlətlərində korrupsiya ilə mübarizə üzrə tövsiyələr
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verildiyi kimi, cari il oktyabrın 27–28-də Bakı şəhərində Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının (NAZAHA) birgə təşkilatçılığı ilə “Korrupsiyanın ölçülməsinin təkmilləşdirilməsi: Qlobal Təşəbbüs çərçivəsində əldə olunan irəliləyişlər və milli perspektiv” mövzusunda xüsusi sessiya təşkil olunub.
Sessiyada korrupsiyanın ölçülməsi sahəsində mövcud beynəlxalq təcrübə, milli qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də antikorrupsiya siyasətinin nəticələrinin obyektiv meyarlar əsasında müəyyən edilməsi məsələləri müzakirə olunub.
İclasda Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Qurumunun “Nazaha”, BMT-nin İnkişaf Proqramının (UNDP), Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA), GlobE Şəbəkəsinin və Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndələri çıxış ediblər.
Baş Prokurorluğun nümayəndələri çıxış zamanı Azərbaycanda korrupsiyaya qarşı mübarizənin vəziyyətinin mütəmadi təhlili, statistik məlumatların və cinayət işlərinin araşdırılması əsasında korrupsiyanı doğuran səbəb və şəraitin müəyyən edilməsi, onların aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların verilməsi, habelə antikorrupsiya tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə mövcud təcrübə barədə məlumat veriblər.
Bundan başqa, çıxışlarda korrupsiya göstəricilərinin dövlətlərin beynəlxalq nüfuzuna və iqtisadi maraqlarına təsiri nəzərə çatdırılaraq, bu sahədə qiymətləndirmələrin yalnız ictimai qavrayış və rəylərə deyil, etibarlı milli statistikaya, faktiki məlumatlara və elmi əsaslandırılmış metodologiyalara söykənməsinin vacibliyi vurğulanıb.
Müzakirələrin yekunu olaraq İƏT üzv dövlətləri üçün korrupsiyanın ölçülməsi və antikorrupsiya tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə tövsiyələr hazırlanıb.
Sənəd üzv dövlətlərdə bu sahədə vahid yanaşmaların formalaşdırılmasını, milli qiymətləndirmə sistemlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasını, müvafiq dövlət qurumlarının institusional və analitik imkanlarının gücləndirilməsini, habelə rəqəmsal həllərin tətbiqini təşviq edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 31 Oktyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















