Hazırda Azərbaycanda 1500 dən çox xəstə orqan gözləyir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 31 oktyabr, AZƏRTAC
Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir. 1800 Azərbaycan vətəndaşı ölümündən sonra orqanlarını bağışlayıb. Yəni reyestrdə var. Beyin ölümü həmin insanlarda baş verərsə, orqanlarının götürülməsinə icazə vermək kimi böyük yük ailə üzvlərinin çiynindən götürülmüş olur.
AZƏRTAC xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova jurnalistlərə açıqlamasında deyib.
“Hazırda ürək transplantasiyası gözləyən 50-dən çox şəxs var. Dünən iki belə xəstə dünyasını dəyişdi. Hər il 50-60 qaraciyər gözləyən xəstəmiz vəfat edir. Hər il onlarla ürək gözləyən xəstələri itiririk. Yəni bu insanların gözü yoldadır. Buna görə əgər beyin ölümü diaqnozu qoyulursa, bu, iki həkim, komissiya tərəfindən təsdiq olunursa, həmin insanların yaxınlarına üz tutub deyirəm ki, xeyirxahlıq edək. Özümüz əziyyət çəksək belə digər insanlara həyat verək", - deyə o qeyd edib.
Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Orxan Kərimov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 31 Oktyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















