Icma.az
close
up
RU
Kiyevdə “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimatı olub

Kiyevdə “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimatı olub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kiyev, 31 may, AZƏRTAC

Kiyevdə, “Mıstetski Arsenal” (“İncəsənət Arsenalı”) milli mədəni-bədii və muzey kompleksində Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın Ukrayna dilinə tərcümə olunmuş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimatda Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, Ukrayna ədəbi mühitinin simaları, ictimai xadimlər və Azərbaycanın diaspor fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə kitabı Ukrayna dilinə tərcümə edən ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri namizədi Dmitri Drozdovski bildirib ki, Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın Ukrayna dilinə tərcümə olunmuş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimatının beynəlxalq kitab forumu çərçivəsində keçirilməsi olduqca mühüm hadisədir. Bu, Ukraynanın çətin zamanında sözə, Heydər Əliyev şəxsiyyətinə sevginin təcəssümüdür.

Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Sabir Rzayev qeyd edib ki, Elmira Axundova Ulu Öndər Heydər Əliyev və xanımı görkəmli oftalmoloq alim Zərifə Əliyeva haqqında qələmə alınmış, tutarlı fakt və materialları özündə əks etdirən kitabların müəllifi kimi tanınır. “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabında xalqımızın tarixində müstəsna yeri olan iki parlaq şəxsiyyətin - Zərifə və Heydər Əliyevlərin boya-başa çatdıqları ailələrindən, uşaqlıq və gənclik illərindən, həyatın bütün çətinliklərinə birgə sinə gərməyə kömək edən əbədiyaşar məhəbbətlərindən söhbət açılır. Bu, ukraynalı kitabsevərlərə böyük töhfədir.

Daha sonra Xalq yazıçısı, kitabın müəllifi Elmira Axundova videoçıxışında layihədə zəhməti olanlara təşəkkürünü bildirib.

“Müharibə şəraitində belə bir kitab təqdimatı etdiyiniz üçün səfirliyimizə, diasporumuza təşəkkürümü bildirirəm. Ukrayna müharibə şəraitindədir. Buna baxmayaraq, ölkədə sözə, kitaba, ədəbiyyata sevgi azalmayıb. Bu da onu bir daha sübut edir ki, söz, ədəbiyyat millətləri birləşdirir. Şadam ki, Ukraynada bir neçə kitabım işıq üzü görüb”, deyə Elmira Axundova əlavə edib.

Professor Fərhad Turanlı, İrpen şəhər Meriyasının Mədəniyyət, Millətlər və dinlər şöbəsinin müdiri Yevgeniya Antonyuk kitabın əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı artıq 5 dildə - Azərbaycan, rus, qazax, özbək və Ukrayna dillərində nəşr edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 May 2025 02:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri