Icma.az
close
up
RU
Daşkənddə “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimatı oldu FOTOLAR

Daşkənddə “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimatı oldu FOTOLAR

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Özbəkistan Yazıçılar İttifaqında Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın Azərbaycanın Özbəkistandakı səfirliyinin və nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü və dəstəyilə ilə ərsəyə gələn və nəfis şəkildə özbək dilində çap olunan “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimat mərasimi keçirilib.

Globalinfo.az xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyi və nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə layihəsi olan kitab Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilib.

Mərasimdə səfirliyimizin və AMM-nin əməkdaşları, elm və mədəniyyət xadimləri, ziyalılar, şair və yazıçılar, ictimaiyyət nümayəndələri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.

Kitabı özbək dilinə alim və tərcüməçi Babaxan Məhəmməd Şərif çevirib.

Təqdimat mərasimini Babaxan Məhəmməd Şərif açaraq bu kitabın Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti, ailə həyatı, fəaliyyəti haqqında misilsiz mənbə olduğunu diqqətə çatdırıb, tərcümə prosesindəki işindən danışıb.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Elmira Axundovanın yaradıcılığı haqqında danışıb. O deyib ki, yazıçı tərəfindən Ulu Öndər Heydər Əliyev və postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri olan İlham Əliyev haqqında qələmə alınmış, tutarlı fakt və materialları özündə əks etdirən kitabların müəllifi kimi tanınır.

Hüseyn Quliyev bildirib ki, “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabında xalqımızın tarixində müstəsna yeri olan iki parlaq şəxsiyyətin – Zərifə və Heydər Əliyevlərin boya-başa çatdıqları ailələrindən, uşaqlıq və gənclik illərindən, həyatın bütün çətinliklərinə birgə sinə gərməyə kömək edən əbədiyaşar məhəbbətlərindən söhbət açılır.

Səfir deyib ki, bu qiymətli kitabda Ümummilli Lider Heydər Əliyev və Zərifə xanım Əliyevanın həyatı, bu böyük şəxsiyyətlərin gəncliyi, onların ailə münasibətləri, həyatlarının ən yaddaqalan, sevincli məqamları haqqında məlumatlar, eləcə də bu ailəyə yaxın insanların xatirələri yer alıb.

Özbəkistan Yazıçılar İttifaqının “Cahan ədəbiyyatı” jurnalının baş redaktoru Əhmədcan Melibayev deyib ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ideyaları türkdilli dövlətlər arasında, xüsusən də bu ölkələrin mədəniyyət sahəsində əlaqələrinin inkişafında həmişə mühüm rol oynayıb.

O, Özbəkistan Yazıçılar İttifaqının təşəbbüsü ilə “Türk dövlətlərinin ədəbiyyat inciləri” adlı 100 cildlik kitabın çap olunduğunu, 16 cildin Azərbaycan ədəbiyyatına həsr edildiyini vurğulayıb.

Sonra o, Elmira Axundovanın Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü seçildiyini bildirib, bu münasibətlə təbriklərini çatdırıb, üzvlük vəsiqəsini Elmira Axundovaya təqdim edib.

Filologiya elmləri doktoru, professor Nurbay Cabbarov, Özbəkistan Yazıçılar İttifaqının üzvü İsmat Kuçiyev, professor Cəmilə Şermuxammedova və başqaları çıxış edərək kitabın əhəmiyyətindən danışıblar.

Sonda Elmira Axundova “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı üzərindəki işindən danışaraq deyib ki, altıcildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabı üzərində işlədiyim dövrdə Ulu Öndər Heydər Əliyevin Zərifə xanım Əliyeva ilə tanışlığı, ailə münasibətləri haqqında da kifayət qədər material toplamışdım. Ona görə də düşündüm ki, bu haqda ayrıca bir kitab ortaya qoymalıyam. Beləliklə fəaliyyətə başladım və kitab hazır oldu.

Elmira Axundova kitabın təqdimatına görə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyevə, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə, Özbəkistan Yazıçılar İttifaqına, əsəri tərcümə edən Babaxan Məhəmməd Şərifə və iştirakçılara minnətdarlıq edib.

Əsər “Xarakterlərin formalaşması (1940-cı illər – 1950-ci illərin əvvəlləri)”, “Sevmək haqqı”, “Əks-kəşfiyyatçının şəxsi həyatı”, “Ordinatorluqdan akademikliyə”, “Lider”, “Respublika rəhbərinin xanımının gündəlik həyatı”, “Qalstuksuz” Heydər Əliyev (XX əsrin 70-ci illəri)”, “Moskva həyatı (7 saylı hökumət bağının divarları arxasında)”, “O, əzablarını sona qədər gizlətdi…” və “Ölümə qalib gələn məhəbbət” adlı bölmələrdən ibarətdir.

Qeyd edək ki, nəşrə Ulu Öndərin və Zərifə xanımın həyatından maraqlı anları təcəssüm etdirən çoxsaylı fotolar daxil edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 May 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri