Icma.az
close
up
RU
Kiyevdən göndərilən məktubun kod açılışı...

Kiyevdən göndərilən məktubun kod açılışı...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zelenski Ağ Evdən “küsüb” ayrılmasından cəmisi bir neçə gün sonra peşman olduğunu bəyan etdi. Müasir siyasətin qızıl qanunu yenidən “işə düşdü” - “güclülər haqlıdır” tezisi qarşısında tərk-silah olunan Zelenski “günahını yumaq” və “barışıq elan etmək” üçün Trampa məktub ünvanladı. Bu barədə ABŞ Prezidenti özü məlumat verib - martın 4-də Konqres üzvləri qarışısındakı çıxışında Tramp Ukraynanın torpaq metalları üzrə razılaşdırılmış, sonradan isə dayandırılmış sazişin imzalanmasına qayıtmaq istədiyini bəyan edib. Tramp Ukrayna prezidentindən vacib məktub aldığını bildirib. Tramp vurğulayıb ki, Ukrayna xammal və təhlükəsizlik sazişini istənilən vaxt imzalamağa hazırdır.

Zelenski yazır...

Qeyd edək ki, Oval Kabinetdəki son gərginlik mineral ehtiyatlarla bağlı müqavlədən daha çox Ukrayna ilə Rusiya arasındakı müharibənin sonlandırılmasından qaynaqlanmışdı. Tramp dolayısı ilə bu müharibənin “əsas sponsoru” sayılan ABŞ-a sərf etmədiyini açıq şəkildə ortaya qoydu - Zelenskini isə emosiyalara qapılaraq fərqli ünvanların dəstəyinə inanmamağa çağırdı. Amma Ukrayna prezidenti Trampın “məsləhətinə” qulaq asmayaraq üzünü Avropaya tutdu. Nəticədə Avropanın da vədlərdən qaçması Kiyevi çıxılmaz vəziyyətə saldı. Artıq Kiyev Vaşinqtonun bütün fikirlərinə nəinki hörmət etməyə, hətta onu müzakirəsiz yerinə yetirməyə hazır olduğunu deyir. Təsadüfi deyil ki, Tramp Zelenskinin məktubu barədə danışarkən bildirib ki, rəsmi Kiyev müharibəni dayandırmaq üçün Rusiya ilə danışıqlara hazır olduğunu təsdiqləyir. “Məktubda bildirilir ki, Ukrayna davamlı sülhə nail olmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır”, - Tramp bildirib. Onun sözlərinə görə, eyni zamanda, Rusiyadan ölkə hökumətinin sülhə hazır olduğuna dair “güclü siqnallar” var.

Geri qayıtmaq istəyir...

Zelenski isə gec də olsa situasiyanı soyuq başla təhlil etməyə başlayıb. Müharibə emosiyasını bir kənəra qoymalı olduğunu anlayan Ukrayna prezidenti ətrafına ABŞ-ın onlara yardımı dayandırıb-dayandırmaması ilə bağlı rəsmi məlumat almağı tapşırıb - bunu Ukrayna prezidenti Kiyevdən videoçıxışında deyib. “Bu gün çoxlarının yalnız bir sualı var - Amerikanın köməyi ilə bundan sonra nə baş verəcək. Mən Ukraynanın müdafiə nazirinə, kəşfiyyat orqanlarımızın rəhbərlərinə, diplomatlara ABŞ-dakı həmkarları ilə əlaqə saxlamağı və rəsmi məlumat əldə etməyi tapşırdım. İnsanlar spekulyasiya etməməlidir. Ukrayna və Amerika substantiv dialoqa, bir-birinə qarşı aydın mövqeyə layiqdirlər”, - Zelenski bildirib. Ukrayna Prezidenti deyir ki, o, Trampla yeni danışıqlar aparmaq istəyir.

Artıq hər şeyi düzəltməyin vaxtıdır

Maraqlıdır ki, Kiyev də atəşkəs üçün plan hazırlayıb - güman edilir ki, növbəti görüşdə bu plan Trampa təqdim olunacaq. ABŞ Prezidenti tərəfindən necə qarşılanacağı bilinməyən plan haqqında danışan Zelenski Ukraynanın davamlı sülhün yaxınlaşması üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazır olduğunu deyib. “Heç kim ukraynalılardan çox sülh istəmir. Mən və komandam prezident Trampın güclü rəhbərliyi altında davamlı sülhə nail olmaq üçün işləməyə hazırıq”, - Zelenski əlavə edib.

O, fevralın 28-də Ağ Evdə keçirilən danışıqların “gözlənildiyi kimi getmədiyini” etiraf edib. “Təəssüf ki, belə oldu. Artıq hər şeyi düzəltməyin vaxtıdır. Biz gələcək əməkdaşlıq və ünsiyyətin konstruktiv olmasını istəyirik”, - Zelenski bildirib: “Mineral ehtiyatlar və təhlükəsizlik sazişinə gəlincə, Ukrayna onu istənilən vaxt və istənilən əlverişli formatda imzalamağa hazırdır. Biz bu sazişi daha böyük təhlükəsizlik və etibarlı təhlükəsizlik təminatlarına doğru addım kimi görürük və onun səmərəli işləyəcəyinə səmimi şəkildə ümid edirəm”, - deyə o qeyd edib.

“Sülh planı”, yoxsa Avropanın arzuları?

Trampa təqdim olunacaq sülh planına gəlincə isə, bu, mərhələli həll yolu kimi göstərilir: “Birinci mərhələ məhbusların azad edilməsi, hava hücumlarının dayandırılması kimi formalaşdırıla bilər. Bu mərhələdə raketlərə, uzaqmənzilli pilotsuz uçuş aparatlarına, enerji və digər mülki infrastrukturların bombalanmasına qadağa qoyulmalıdır. Bununla paralel olaraq isə dənizdə də atəşkəs haqda razılıq verilir. Bu, qarşıdakı mərhələ üçün razılaşmanın təməli sayıla bilər. Biz Birləşmiş Ştatlarla birlikdə güclü yekun razılaşma əldə edə bilərik”.

Maraqlıdır ki, Ukrayna prezidentinin bu təklifləri ümumilikdə Fransanın təklif etdiyi atəşkəs planı ilə uyğunluq təşkil edir - Fransanın xarici işlər naziri Jan-Noel Barrot da “havada, dənizdə və enerji infrastruktuları ilə bağlı belə bir atəşkəs bizə Vladimir Putinin vicdanlı davranmağa hazır olub-olmadığını müəyyən etməyə imkan verəcək” deyə bildirmişdi.

Təsadüf sayıla bilməz ki, Makron da ukraynalı həmkarının ABŞ ilə danışıqları bərpa etməyə hazır olduğunu alqışlayıb, Fransanın “Le Monde” qəzeti yazır ki, martın əvvəlində Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynada atəşkəs planı irəli sürmüşdülər.

Bir “gedişə” mat - Tramp Aİ-yə “yerini” göstərdi...

Görünən isə budur ki, Trampın Ukrayna prezidenti üzərindən oynadığı oyun öz bəhrəsini verdi - Aİ ABŞ-dan kənar tənzimlənmənin mümkünsüzlüyünü etiraf etdi. Bu fakt daha çox Vaşinqtqon üçün əhəmiyyət daşıyırdı:

- Ağ Ev yeni nizamda Avropaya özünün heç də “bərabərhüquqlu müttəfiqi” olmadığını mədəni şəkildə başa saldı - izah etdi ki, “köhnə qitə” artıq ABŞ-ın “yedəyinə” çevrilib;

- Aİ daxilindəki nüfuz savaşı səngidi - qurumda önə çıxmaq uğrunda gedən mübarizənin mənasızlığı ortaya çıxdı. Nəticə etibarı ilə, masa arxasında Aİ-nin olmaması Avropanın qlobal aktor kimi qəbul edilmədiyini (ən azından Rusiya və ABŞ üçün) sübuta yetirdi;

- ABŞ məsələlərə heç də “Qərb maraqları” müstəvisində deyil, “ABŞ mənafeyi” müstəvisində yanaşdığını bir daha ortaya qoydu. Aİ-nin Ukraynanın “başını sığallayaraq” “mineral müqavilədən” pay ummaq arzusunu gözündə qoydu. Tramp bir daha göstərdi ki, qarşıdakı dövrdə onun üçün əsas məqsəd ölkəsinin iqtisadi gəlirləridir.

Beləliklə, Zelenskinin Oval Kabinetə ikinci mümkün qayıdışı ölkəsini hansı məcraya sürükləyəcəyi barədə düşünməyə dəyər. Tramp isə son addımı ilə həm Kiyevi, həm Aİ-ni mat vəziyyətinə saldı...

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Mart 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri