Icma.az
close
up
RU
Peskov: Kiyevdən cavab gözləyirik

Peskov: Kiyevdən cavab gözləyirik

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verərkən söyləyib. O, eyni zamanda, ABŞ Prezidenti Donald Trampın Ukraynaya "Patriot" yer-hava raketlərinin veriləcəyi barədə bəyanatına münasibət bildirib.
"Deyilir ki, bu raketlərin xərcini Avropa İttifaqı ödəyəcək. Ödənilsə də, ödənilməsə də, fakt budur ki, ABŞ Ukraynanı silahlandırmağı dayandırmır", - o deyib.
Xatırladaq ki, Türkiyənin vasitəçiliyi ilə İstanbul şəhərində Rusiya və Ukraynanın nümayəndə heyətləri iki dəfə görüşüblər. Danışıqların nəticəsinə əsasən, əsir mübadiləsi həyata keçirilib, həmçinin münaqişənin həllinə dair memorandum layihələri hazırlanıb.
Danışıqlar aparılmasına baxmayaraq, tərəflər hərbi əməliyyatları səngitmir. Cari vəziyyətdə Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Rüstəm Ömərov, baş komandan Aleksandr Sırski və Baş Qərargah rəisi Andrey Qnatovla müzakirələrin ardınca diqqətə çatdırıb ki, Ukrayna Ordusu müharibənin Rusiya ərazisinə yayılmasına çalışacaq.
Zelenski: "Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək"
"Bu məqsədlə Rusiyanın mərkəzinə doğru yeni uzaqmənzilli zərbələr hazırlanır. Moskvanın Ukraynaya qarşı hər hücumuna ardıcıl, sərt cavab veriləcək", - o bildirib.
Digər tərəfdən, Vaşinqtonla Moskva arasında Ukrayna üzrə sülh danışıqlarının iflasa uğraması, Trampın Putinə qarşı "etimadını itirməsi" fonunda Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın raket və dron hücumlarının qarşısını almaq üçün ABŞ-dən daha çox müdafiə imkanları istəyib. ABŞ Prezidenti Donald Tramp bu istəyə cavabən Ukraynaya "Patriot" yer-hava raketlərinin göndəriləcəyini vurğulayıb. Belə görünür ki, o artıq danışıqların nəticə vermədiyini başa düşərək, Ukraynanın həm müdafiə, həm də hücum sistemini gücləndirmək niyyətindədir.
"Bu raketlər Ukraynanın müdafiəsi naminə zəruridir, çünki Rusiya Prezidenti Vladimir Putin gözəl danışsa da, hamını bombalayır. Xərci isə Avropa İttifaqı ödəyəcək", - o, "Endryus" Hərbi Bazasında jurnalistlərə danışarkən deyib.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://azvision.az
archiveBu xəbər 14 İyul 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see260

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see232

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see229

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see220

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see211

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see211

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see198

Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

22 Avqust 2026 13:10see189

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see187

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see180

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see167

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see167

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see166

Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib

22 Avqust 2026 13:25see163

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see160

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see158

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see157

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see155

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see152

Keçmiş məktəb direktoru vəfat etdi

22 Avqust 2026 18:57see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri