Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Klassik jurnalistikanın dəyəri və nüfuzu daim qorunacaq Şahbaz Musayev

Klassik jurnalistikanın dəyəri və nüfuzu daim qorunacaq Şahbaz Musayev

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il keçir.

Bu münasibətlə professor Şahbaz Musayev Metbuat.az-a əvvəlki jurnalistlər ilə bugünki jurnalistlər arasındakı fərqlərdən, qəzet və jurnallara olan maraqdan bəhs edib:

"Dünyada peşəkar jurnalistikanın yaşı 400 ildən bir qədər çoxdur. İlk yazılı mətbuat orqanlarında çalışan jurnalistlərin də tarixi təxminən bu qədərdir. Azərbaycanda isə milli jurnalistikanın yaşı 150 ildir. Biz bu gün “Əkinçi” qəzetinin nəşrindən başlanan milli mətbuatımızın 150 illiyini qeyd edirik.

Jurnalistikanın tarixi nə qədər qədim olsa da, onun əsas funksiyaları və təməl prinsipləri zamanla dəyişməyib. Zaman keçdikcə yalnız medianın yeni formaları yaranıb. Əvvəllər qəzet və jurnal kimi yazılı mətbuat ön planda idisə, sonrakı dövrlərdə elektron media – radio, televiziya və ən nəhayət, internet jurnalistikası meydana gəlib. Bu isə jurnalistikanın yeni sahələrinin – radiojurnalistika, televiziya jurnalistikası və onlayn media üzrə ixtisaslaşmış jurnalistlərin formalaşmasına səbəb olub.

Əgər 150 il əvvəl jurnalistlər əsasən həftəlik və ya aylıq yazılarla kifayətlənirdilərsə, bu gün jurnalistlər – xüsusilə xəbər jurnalistləri – saniyələrlə yarışır, hər an yeni xəbər çatdırmağa çalışırlar. Müasir jurnalistika operativlik tələb edir".

O qeyd edib ki, digər mühüm fərqlərdən biri də ixtisaslaşmadır.

"Əvvəllər universal jurnalistlər – yəni hər sahədən yazan şəxslər mövcud idisə, bu gün jurnalistlər daha çox konkret sahələr üzrə – məsələn, idman, siyasət, iqtisadiyyat, mədəniyyət və s. üzrə ixtisaslaşırlar. Hətta bu sahələrin öz daxilində də fərqləşmə (differensiasiya) gedir. Bundan əlavə, müasir jurnalistlər ən son texnoloji vasitələrdən – mobil telefonlar, peşəkar kamera və mikrofonlardan, sosial media platformalarından istifadə edirlər ki, bu da onların fəaliyyətini daha səmərəli və çevik edir.

Şübhəsiz ki, internetin yayılması bir çox sahələr kimi, media sektorunu da ciddi şəkildə dəyişib. Yazılı KİV – qəzet və jurnallar əvvəlki mövqelərini qismən itiriblər. Artıq daha çox oxucu elektron mediaya üstünlük verir. Bu tendensiya Azərbaycanda da özünü göstərir.

Lakin bu, qəzet və jurnalların tamamilə sıradan çıxacağı anlamına gəlmir. Məsələn, texnologiya sahəsində qabaqcıl ölkələrdən biri olan Yaponiyada hələ də yazılı mətbuata böyük maraq var. “Asahi Shimbun” qəzetinin tirajı yeddi milyondan çoxdur. Almaniyada isə “Bild” qəzeti və “Der Spiegel” jurnalı hələ də milyonlarla oxucu tərəfindən izlənir.

Bütün bunlar göstərir ki, yazılı mətbuat hələ də yaşayır və yaşayacaq. Kulturoloqlar arasında belə bir müzakirə mövcuddur: “Görəsən, ənənəvi jurnalistika internet jurnalistikasına uduzacaqmı?” Mən hesab edirəm ki, bu sualın cavabı “xeyr”dir. Çünki klassik mətbuatın özünəməxsus oxucu auditoriyası var və bu maraq zamanla yox olmayacaq.

Əlbəttə, bu mövzu geniş müzakirə tələb edir, lakin qısaca desək, qəzet və jurnallar bu gün də aktualdır, sabah da olacaq. Klassik jurnalistikanın dəyəri və nüfuzu daim qorunacaq".

Ülkər Cəlilzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 22 İyul 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see247

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see201

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri