Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Müasir insan və klassik ədəbiyyat

Müasir insan və klassik ədəbiyyat

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Şahanə MÜŞFİQ

Zaman dəyişir. İnsan dəyişir. Texnologiya, münasibətlər, düşüncə tərzi - hər şey bir haldan digərinə keçir, yenilənir, sürətlənir. Amma dəyişkən dünyanın ortasında insan ruhunun dərinliyində heç susmayan, varlığımızın batininə hopmuş bu suallar dəyişməz qalır: "Mən kiməm?", "Hara gedirəm?", "Nə üçün yaşayıram?"

Bu suallar min illərdir insanı düşündürür və hər dəfə eyni cavabı tapmasa da, onu axtarmağa məcbur edir. Klassik ədəbiyyat da məhz bu suallara verilmiş ən dərin, ən dürüst cavabların toplusudur.

Bugünün insanı bəlkə də klassik ədəbiyyata bir az "keçmişin kölgəsi" kimi baxır. Lakin əslində, həmin kölgə hələ də üzərimizə işıq salmaq gücündədir. Klassik əsərlər - Nizaminin "Xəmsə"si, Füzulinin "Leyli və Məcnun"u, Tolstoyun "Dirilmə"si, Dostoyevskinin "Cinayət və cəza"sı, Şekspirin faciələri, Cəlil Məmmədquluzadənin "Ölülər"i - təkcə keçmişin ədəbi yadigarı deyil, insan varlığının mənəvi xəritəsidir.

Klassik ədəbiyyat zamana meydan oxuyan yaddaşdır. Onun gücü təkcə dilində, poetikasında deyil, ilk növbədə toxunduğu insan həqiqətlərindədir. O həqiqətlər ki, zaman dəyişsə də, insanın qəlbindəki yeri və rolu dəyişmir. Füzuli eşqin təmizliyindən danışanda, Nizami ədaləti və ağlı tərənnüm edəndə, Dostoyevski vicdanın azadlıqdan da üstün olduğunu deyəndə, əslində, bizim bu gün də yaşadığımız mənəvi dilemmanı ifadə edirdilər.

Klassik ədəbiyyat bizi ruhun dərin qatlarına aparır. Orada nə reklam var, nə sosial şəbəkə səs-küyü, nə də həyatın süni parıltısı. Orada ağlayan, sevən, səhv edən, peşman olan, amma yenə də varlığının batinindəki o mənanı axtaran insan var.

Bu gün biz informasiyanın bolluğunda yaşayırıq, amma bilik aclığından əziyyət çəkirik. Müasir dövrün əsas bəlalarından biri də budur ki, rabitə vasitələri çoxaldıqca ünsiyyət azalıb. Sürət artdıqca səbir azalıb. Hər kəsin əlində telefon var. Lakin kiminsə əlində kitab görmək tapılmaz nemətə çevrilib. Cəmiyyətimizdə kütləvi "kitabsızlıq" baş alıb gedir.

Klassik ədəbiyyat isə tələsmir. O, səni oxumağa, düşünməyə, dayanmağa məcbur edir. Müasir insan üçün bu, bəzən "zaman itkisi" kimi görünür. Halbuki əslində, klassikanı oxumaq zaman qazanmaqdır. Çünki o, səni içindən keçirir, sənə özünü və hansı əsrdə olursansa ol, həmin zamanı tanıdır.

Biz adətən, texnoloji imkanlarımızla öyünürük, həyatımızın daha asan, daha mənalı olduğunu düşünür, bir az da irəli gedərək iddia edirik. Ancaq bu "mənalı həyatın" içərisində zaman-zaman mənəvi gücsüzlüyümüzü də gizlədə bilmirik. Klassik ədəbiyyat məhz bu boşluğu doldurur. O, insana ruh verir, ruhun dilini öyrədir.

Əgər bu gün bir gənc sosial şəbəkədə sevgisizlikdən, yanlış anlaşılmaqdan, tənhalıqdan şikayət edirsə, bu, əslində Məcnunun ağrısıdır. Sadəcə, o indi səhrada deyil, ekran arxasındadır. Əgər bu gün bir insan ədalətsizliyə qarşı qəzəblənir, vicdanla sistem arasında sıxılırsa, bu, Raskolnikovun faciəsidir. Tək fərq "cinayətlərdədir".

Zaman dəyişib, amma insanın hissləri eyni qalıb. Onu düşündürən, sevindirən, ağladan, qorxudan şeylər mahiyyətcə dəyişməyib. Klassik ədəbiyyat da bu "dəyişməyən"i qoruyur. Bu mənada klassika insanın mənəvi sabitliyidir.

Hələ orta məktəbdən eşitmişik, oxumuşuq ki, ədəbiyyat tərbiyə vasitəsidir. Amma bu tərbiyə əmr, dərs, nəsihət şəklində deyil, hiss və düşüncə yolu ilə baş verir. Klassik ədəbiyyat insana "nə etməyi" diktə etmir, "nə düşünməyi", "necə düşünməyi" öyrədir.

Nizami ədaləti yalnız bir ideya kimi yox, bir həyat tərzi kimi təqdim edir. Füzuli eşqi sadəcə duyğu kimi yox, mənəvi yüksəlişin yolu kimi görür. Tolstoy insana xoşbəxtliyin başqasının ağrısını anlamaqda olduğunu deyir. Cəlil Məmmədquluzadə "ölü" cəmiyyətin dirilməsi üçün gülüşü silaha çevirir.

Müasir insan bütün bu dərsləri unudub kimi görünür. O, "hiss etmək" əvəzinə "paylaşır", "fikirləşmək" yerinə "like edir". Amma klassik ədəbiyyat ona yenə də qapı açır: "Daxilə bax, çünki bütün cavablar ordadır".

Bir millətin yaddaşı onun sözündə yaşayır. Hər dəfə klassik ədəbiyyata qayıdanda biz təkcə bir əsəri oxumur, eyni zamanda öz kökümüzlə danışırıq. Füzulini oxumaq dilin, duyğunun, düşüncənin saf mənbəyinə qayıtmaqdır. Nizamini anlamaq azərbaycançılığın, Şərq humanizminin ilkin kodlarını xatırlamaqdır.

Əgər bu gün gənclər klassikanı "çətin", "ağır" hesab edirsə, deməli, biz onları ondan uzaqlaşdırmışıq. Halbuki klassika elə bir dənizdir ki, hər kəs özünə uyğun dərinlikdə üzə bilər. Onu anlamaq üçün sadəcə bir şərt lazımdır: ruhən təmizlənmək və səbir etmək.

Bu günün əsas suallarından biri də budur: Ədəbiyyat texnologiyanı məğlub edə bilərmi?

Bəli, klassik ədəbiyyat sosial mediadan, virtual reallıqdan, qısamüddətli informasiyalardan fərqli olaraq, insanı "ani"dən "əbədiyə" aparır. Texnologiya sürəti artırır, amma dərinliyi azaldır. Ədəbiyyat isə səni dayandırır, düşünməyə məcbur edir.

Bir paylaşım 10 saniyəlik təəssürat yaradır, amma bir misra yüz illərlə yaşayır. Füzulinin "Dust bipərva, fələk birəhm, dövran bisükun" misrası bu gün də bütün "trendlər"dən daha aktualdır.

Texnologiya səsi artıra bilər, amma mənanı azaltdığı aşkardır. Ədəbiyyat isə əskinə, səssizliyi mənaya çevirir.

Müasir insanın klassika ilə arasındakı məsafə artdıqca, onun mənəvi dayaqları zəifləyir. Amma bu məsafəni azaltmaq da mümkündür. Klassik ədəbiyyatı müasir dildə, yeni formalarla, lakin eyni ruhla təqdim etmək lazımdır.

Filmlər, teatr tamaşaları, audio kitablar, interaktiv layihələr vasitəsilə klassikanı "yaşatmaq" mümkün olsa da, burada əsas məsələ formalar deyil, ruhu, onun saflığını itirməməkdir. Füzuli müasir tərcümədə də Füzuli qalmalıdır, Nizami təzə izahda da Nizami olmalıdır. Çünki onların sözündə təkcə ədəbiyyat yox, hikmət var. Və hikmət neçə əsr keçməsindən asılı olmayaraq, heç vaxt köhnəlmir.

Əgər bütün klassik ədəbiyyatın ruhunu bir cümlədə ifadə etmək istəsək, yəqin belə olardı: "İnsan ol". Çünki bütün klassik ədəbiyyat bizə, əslində, insan olmağın, insan kimi yaşamağın, insan kimi hiss etməyin sirrini öyrədir. Klassik ədəbiyyat insanı insana insanca anladır. Məsələn, Nizami ədalətli, Füzuli mərhəmətli, Tolstoy vicdanlı, Dostoyevski peşman, Cəlil Məmmədquluzadə ayıq, savadlı insan arzulayırdı. Onların qəhrəmanları nə qədər fərqli olsa da, yaratdıqları əsərləri birləşdirən tək bir məqsədi vardı - insanın içindəki insanı oyatmaq.

Bugünün cəmiyyəti üçün bu çağırış bəlkə də daha vacibdir. Çünki biz artıq bəşəri dəyərlərdən çox "alqoritmlərlə" yaşayırıq. Bəzilərimiz üçün "profillər" real insanlardan, "reytinqlər" vicdandan, "imic" isə şəxsiyyətdən önə çıxıb.

Klassik ədəbiyyat isə səssiz, amma kəskin bir tonda xatırladır ki, əgər sən insanlıqdan uzaqlaşırsansa, nə qədər müasir olmağın fərq etmir.

Müasir insan klassik ədəbiyyata baxanda keçmişi görür, amma əslində gələcəyini oxuyur. Çünki kimliyini, dəyərlərini, mənəvi dayaqlarını itirən insan gələcəyini də itirir. Klassika isə o dayaqları ən son gücü ilə də olsa, qoruyur. Ona sahib çıxır. Nə zamansa bir gün insanlığın ona ehtiyacı olacağını bilərək, məhz o günü düşünərək...

Füzuli, Nizami, Tolstoy, Dostoyevski, Cəlil Məmmədquluzadə kimi müəlliflər əsrlərdir bizə eyni mesajı ötürürlər: "İnsanın mənəvi diriliyi onun düşünmək bacarığında, vicdanında və sevgisindədir".

Bu gün texnologiya bəşəriyyəti birləşdirir, amma gün keçdikcə ruhları bir-birindən ayırır, daha da uzaqlaşdırır. Klassik ədəbiyyat isə ruhları birləşdirir. Bu iki dünya arasında seçim bizimdir: sürət, yoxsa dərinlik? Əlçatanlıq, ya mənəviyyat?

Klassik əsərləri bir daha, təkrar-təkrar oxumaq, əslində, bu sürətli zamanın dolanbac yollarında özümüzü yenidən tapmaqdır. O əsərlərdən keçərək biz zamanın üstündən baxır, dünənlə sabah arasında körpü salırıq.

Bəlkə də müasir insan üçün ən vacib və ən sadə dərs də elə budur ki, zaman dəyişir, insan qalır.

Dünən də, bu gün də, gələcəkdə də insanı insan edən klassik ədəbiyyatın saralmış, solmuş bağrından qopan o əbədi sözlərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Noyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see626

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see558

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see435

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see305

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see300

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see300

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see287

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see278

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see245

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see237

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see227

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see226

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see214

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see210

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see210

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see209

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see192

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see177

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see172

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri