Icma.az
close
up
RU
Klaviaturadakı sirli düymə: Pause Break nə işə yarayır?

Klaviaturadakı sirli düymə: Pause Break nə işə yarayır?

Icma.az bildirir, Milli.az portalına istinadən.

Klaviaturanızın sağ yuxarı küncündə illərdir duran, lakin demək olar ki, heç vaxt toxunulmayan "Pause Break" düyməsi əslində teleqraf dövründən qalma bir mirasdır. Sistem məlumatlarına saniyələr içində çatmaqdan tutmuş, işləyən kodları dayandırmağa qədər, bu düymənin hələ də niyə klaviaturalarda yer aldığını öyrənəndə təəccüblənəcəksiniz.

Milli.Az xəbər verir ki, klaviaturanızın ən sağında, adətən tozlu və tənha qalan bu düymə çox köklü bir keçmişə malikdir. Çox istifadəçi "Pause Break" düyməsinə ömrü boyu bir dəfə də olsun basmasa da, bu kiçik düymənin hekayəsi müasir kompüterlərdən çox əvvələ, teleqraf xətlərinə qədər uzanır.

Bu gün videonu dayandırmaq üçün boşluq (space) düyməsinə alışmış olsaq da, bu qədim dostumuz sistemin dərinliklərində hələ də bəzi kritik vəzifələri yerinə yetirməyə davam edir.

Düymənin mənşəyi 19-cu əsrin ortalarına, ünsiyyətin ən sürətli yolu olan teleqraf sistemlərinə dayanır. O dövrdə dövrəni fiziki olaraq kəsmək və qarşı tərəfə siqnal göndərmək üçün istifadə olunan bu məntiq, kompüter dövrünün başlaması ilə rəqəmsal bir komandaya çevrildi. Köhnə ana kompüter sistemlərində icra olunan bir prosesi anında dayandırmaq və ya siqnal göndərmək həyati əhəmiyyət kəsb edirdi. Zamanla bu funksiyalar fərqli kombinasiyalara ötürülsə də, proqram təminatı mütəxəssisləri və sistem inzibatçıları üçün "Pause Break" düyməsi hələ də xüsusi məna daşıyır.

"Windows" istifadəçiləri üçün gizli vaxt qənaətçiləri
"Pause Break" düyməsi doğru düymələrlə birləşdikdə sizi mürəkkəb menyularda gəzməkdən xilas edə bilər:

Sistem məlumatlarına sürətli keçid: Kompüterinizin RAM miqdarını, prosessor modelini və ya Windows versiyasını öyrənmək istəyirsinizsə, Windows + Pause Break kombinasiyasından istifadə edin. Bu qısayol sizi birbaşa sistem xüsusiyyətləri səhifəsinə aparacaq.

Kodları və prosesləri dayandırmaq: Əmr sətri (command prompt) üzərindən işləyən bir proqramı və ya uzun bir məlumat axınını dayandırmaq istədiyinizdə Ctrl + Pause Break kombinasiyası köməyinizə çatır.

Açılış ekranını dondurmaq: Kompüterin ilk açılış anında (qara ekran dövrü) ekrandakı texniki yazıları oxumaq istəsəniz, bu düyməyə basaraq görüntünü dondura bilərsiniz. Beləliklə, aparat təminatı ilə bağlı xətaları araşdırmaq daha asan olur. (Qeyd: Bu, hər ana platada eyni şəkildə işləməyə bilər).

Hal-hazırda bəzi noutbuk istehsalçıları klaviatura dizaynında yer qazanmaq üçün bu düyməni tamamilə çıxarmağa və ya Fn kombinasiyalarının altına gizlətməyə üstünlük verirlər. Əgər sizin klaviaturanızda bu düymə hələ də yerini qoruyursa, ona sadəcə nostalji bir parça kimi baxmaq əvəzinə, sistemin dərinliklərinə açılan praktik bir qapı kimi şans verə bilərsiniz.
Lalə Qüdrətova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 May 2026 23:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri