Icma.az
close
up
RU
Klimaks zamanı qadının çəkisinin dəyişilməsi

Klimaks zamanı qadının çəkisinin dəyişilməsi

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər üç qadından birinin orqanizmində menofasilə (menopauza) başladıqdan sonra bədən çəkisinin artması və maddələr mübadiləsinin pozulması baş verir.

Buna səbəb yenə də estrogen hormonlardır. Onlar menofasilə dövrünə qədər yağların və karbohidratların mübadiləsinə müsbət şəkildə təsir edərək çəkinin normada saxlanmasına kömək edirdilər.

Menofasilə və menofasilədən sonrakı dövrdə qanda estrogenlərin miqdarı azalır. Bunun da nəticəsində maddələr mübadiləsində müəyyən pozğunluqlar başlayır, çəkinin artması baş verir. Bu zaman karbohidratların mübadiləsi daha çox pozulmuş olur ki, bunun da nəticəsində şəkərli diabet xəstəliyi də inkişaf edə bilər.

Əlbəttə ki, menofasilə dövründə maddələr mübadiləsindəki dəyişikliklər heç də bütün qadınlarda baş vermir. Belə pozğunluqlara menofasilə dövrünə qədər maddələr mübadiləsi pozğunluqları olan qadınlar daha çox meylli olurlar.

Bəzi qadınlarda klimaks və menofasilə dövründə çəki birdən-birə kəskin dərəcədə azala bilər ki, bu da orqanizm üçün çox zərərli hesab olunur. Çəkinin kəskin dərəcədə azalması nəticəsində immun sistemi də xeyli zərər çəkmiş olur. Bu isə digər ən müxtəlif xəstəliklərin inkişaf etməsinə səbəb ola bilər. Bundan savayı, çəkinin kəskin dərəcədə azalması orqanizmdə, həmçinin maddələr mübadiləsinin pozulmasına da gətirib çıxara bilər.

Beləliklə, siz menofasilədən əvvəl və sonrakı dövrlərdə öz çəkinizin tez bir zamanda sürətlə artmasını və ya azalmasını müşahidə etsəniz, mütləq olaraq həkimə müraciət edin. Bu zaman aparılan müayinələrdən sonra, həkim tərəfindən sizə müvafiq məsləhətlər verilməklə, qoruyucu müalicə yazılmış olacaq. Belə hallarda müalicədən savayı, düzgün qidalanma da böyük əhəmiyyət kəsb edir.

Menofasilə dövründə qadınlar üçün məsləhət görülən qidalanma rejiminin əsas müddəaları aşağıdakılar hesab edilir:

- müəyyən rejimə riayət etməklə gün ərzində bir neçə dəfə, kiçik həcmlərlə olmaqla qidalanmaq (ac qalmaq lazım deyil, ancaq çox yemək də lazım deyil);

- qida süfrənizdə hər gün meyvələr, tərəvəzlər, giləmeyvələr, yarmalar olmalıdır. Həftədə bir dəfə olmaqla özünüzə yüngülləşdirici pəhriz günü tətbiq edin. Bu zaman məsələn, meyvələr, tərəvəzlər, giləmeyvələr və bir gədər çörək yeyə bilərsiniz;

- ət məhsullarından yağsız mal ətinə, toyuğun döş hissəsinə, hind toyuğuna (hinduşka) üstünlük vermək lazımdır. Balıq məhsullarından daha çox istifadə edin. O, ürək-damar sistemini möhkəmləndirir, qanda xolesterinin miqdarının aşağı salınmasına kömək edir.

- maye kimi mineral sulardan, meyvə şirələrindən, müxtəlif ot dəmləmələrindən istifadə edin. Çay və kofedən müvəqqəti də olsa imtina edin – onlar arterial təzyiqin artmasına səbəb ola bilərlər.

- duzun qəbulunu azaldın (müxtəlif duza qoyulmuş tərəvəzlər – pomidor, xiyar, bibər, badımcan, hisə verilmiş balıq, kolbasa, sosiska və s.). Duz orqanizmdə suyun saxlanılmasına, iştahanı artıraraq daha çox qida qəbul edilməsinə və son nəticədə isə çəkinin arzuolunmayan dərəcədə artmasına səbəb olur. İştahanı artıran digər qida əlavələrindən (istiot, sarıkök və s.) imtina etmək də yaxşı olar.

- süd məhsulları içərisində yağsız qatıq, kəsmik və duzsuz ağ pendirə üstünlük vermək lazımdır. Kərə yağını da mümkün qədər azaltmaq (tərkibində A, D, E vitaminləri olduğuna görə onu qidadan tam şəkildə xaric etmək olmaz) lazımdır;

- tərkibində yüksək dərəcədə xolesterin olan qidaları (yumurta, xama, yağlı pendirlər, heyvanın qara ciyəri, böyrəyi və ürəyindən hazırlanmış qidalar, marqarin, kürü, donuz əti, sosiska, kolbasa məhsulları, hisə verilmiş ət məhsulları, dondurma, tortlar, pirojnalar) qəbul etməyin;

- bütün vitaminlər maddələr mübadiləsinə müsbət təsir göstərirlər. E, S və A vitaminləri isə aterosklerozun inkişafını ləngidə bilir.

Vitamin E ilə zəngin olan mənbələr bitki yağları və tərəvəzlərin yaşıl yarpaqları hesab olunur. Vitamin A (beta karotin) əsasən kərə yağının, həmçinin qırmızı-sarımtıl rəngli meyvə, tərəvəz və giləmeyvələrin (kök, qırmızı bibər, ərik, balqabaq, albalı, gilas qarağat və s.) tərkibində rast gəlinir. Vitamin S (askorbin turşusu) bitkilərin yaşıl hissələrində (şüyüd, cəfəri, kahı, soğan və s.), tərəvəzlərdə (bibər, kələm, kartof, pamidor və s.), giləmeyvələrdə (qara qarağat, çaytikanı, itburnu və s.) və sitrus meyvələrinin (limon, portağal, feyxoa, kivi və s.) tərkibində daha çox olur.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri