Polşanın yeni prezidenti futbolçumuzun oyununda Foto
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Polşanın yeni Prezidenti Karol Navrotski avqustun 12-də ölkə çempionatı çərçivəsində keçirilən “Lexiya Qdansk” - “Motor Lublin” oyununda iştirak edib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Navrotski azarkeşlik etdiyi “Lexiya” klubunun ultraslarının tribunasında olub.
O, bu komandanın sadiq azarkeşi kimi tanınır. Polşa mətbuatının yazdığına görə, Navrotski illər əvvəl bir neçə azarkeş davalarında da iştirak edib. Məsələn, 2009-cu ildə “Lex” tərəfdarları ilə əlbəyaxa olub.
Stadionda Prezident isti qarşılanıb, azarkeşlər onun adını səsləyiblər.
Qeyd edək ki, “Polsat Plyus” stadionunda təşkil olunan matç 3:3 hesablı heç-heçə ilə bitib. “Motor Lublin”in heyətində çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov oyuna 80-ci dəqiqədə daxil olub.
Baxış sayı:46
Bu xəbər 12 Avqust 2025 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















