Klublararası dünya çempionatının bilet qiymətlərində endirim edildi Bir gündə 20 min bilet satıldı
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Klublarası dünya çempionatının açılış matçına 20 mindən çox bilet satılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Mənbənin sözlərinə görə, FIFA biletlərin əl çatan olması üçün qiymətlərdə endirim edib. İlkin olaraq 349 dollara nəzərdə tutulan biletlər indi 55 dollara satılır. Ali futbol qurumu dünya çempionatının oyunlarına 130-dan çox ölkədən azarkeşlərin gələcəyini proqnozlaşdırır.
Qeyd edək ki, turnirin ilk görüşündə Misir təmsilçisi "Əl-Əhli" "İnter Mayami" ilə qarşılaşacaq. Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Qrup mərhələsi iyunun 14-də başlayacaq və iyunun 26-da başa çatacaq. Pley-off isə iyunun 28-dən iyulun 9-dək davam edəcək. Final iyulun 13-ə planlaşdırılıb.
Baxış sayı:82
Bu xəbər 05 İyun 2025 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















