Icma.az
close
up
RU
Klubları onlardan qurtulmağa çalışır

Klubları onlardan qurtulmağa çalışır

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Artıq iyul ayıdı və Avropada yay “transfer pəncərəsi” dövründə bir sıra səs-küylü əməliyyatlar reallaşıb.

Əlbəttə, Florian Virtsin “Bayer-04”dən “Liverpul”a keçidi hələ ki diqqəti daha çox cəlb edir. Yay transferləri dövründə bundan sonra hansı keçidlərin reallaşacağını zaman göstərəcək. Bu yazıda isə klublarına böyük ölçüdə lazım olmayan bir sıra tanınmış futbolçuların hazırkı vəziyyəti ilə tanış olacağıq.
Belələri əsasən İngiltərədə çıxış edənlərdi. Premyer-liqa isə qitədə ən yüksək məvacib alan futbolçuların say çoxluğu ilə seçilir. Ən ödənişli oyunçulardan bəziləri hazırda, necə deyərlər, ofsayd vəziyyətindədilər.
Məsələ ondadı ki, klubları onlardan qurtulmağa çalışır, amma başqa klublara keçməsi müşkül məsələdi. Həm transfer dəyərləri yüksəkdi, həm də məvacib üzrə tələbləri. Bu kateqoriyaya uyğun gələn 7 futbolçunun mövcud durumuna nəzər salaq.
Markus Reşford
“Mançester Yunayted” bu yay bir çox problemlərini həll etməlidi. Problemli məsələlərdən biri həftəyə 325 min funt sterlinq maaş alan Markus Reşford üçün yeni klub tapmaqdı. Onun ötən mövsümün gedişində istefaya göndərilən Erik ten Haqın yerini tutan Ruben Amorimin planlarına daxil olmadığı aydındı. 27 yaşlı hücumçu MY-nin formasında sonuncu qolunu ötən ilin dekabrında Avropa Liqasının “Viktoriya” (Plzen, Çexiya) ilə oyununda vurub. Mövsümün ikinci yarısını icarə əsasında keçirdiyi “Aston Villa”da isə 17 oyuna 4 dəfə qapıya yol tapıb.
Markusun müqaviləsinin sonuna hələ üç il qaldığını nəzərə alsaq, rəhbərlik onunla bu yay vidalaşmaq üçün təcili tədbirlər görməlidi. Yəqin ki, məvacibin tən yarıdan bölünməsini nəzərdə tutan daha bir icarə variantı mankunianlar üçün optimal sayılacaq. Son xəbərdə ötən mövsüm premyer-liqada 25 oyuna 6 qol vuran Reşfordun artıq getmək aqibəti ilə barışdığı bildirilir. Tanınmış insayder Fabritsio Romano onun gələcəyi ilə bağlı danışıqların yeni mərhələsinin gələn həftə başlayacağını deyib.
Darvin Nunyes
Uruqvaylı hücumçu ötən mövsümün çox hissəsini “Liverpul”un ehtiyat oyunçular skamyasını “isitməklə” – meydana çıxmaq şansını gözləməklə keçirib. Baş məşqçi Arne Slot onunla tezliklə vidalaşmaq istəyir. Bununla yanaşı, klub rəhbərliyi satış məsələsində heç kimə güzəştə getməməkdə qərarlıdı. İngiltərənin son çempionu Darvinin satışından 50 milyon avro qazanmağı planlaşdırır. Hərçənd futbolçu 2022-ci ildən indiyədək meydana çıxdığı 143 oyunda 40 qol vurub. “Liverpul” üç il əvvəl Nunyesə görə “Benfika”ya 75 milyon avro ödəmişdi.
Son günlər ona “Napoli”nin maraq göstərməsi haqda xəbərlər səngimir. Amma İtaliya klubu əvvəlcə ötən mövsümü icarə statusu ilə “Qalatasaray”da keçirən Viktor Osimhenin məsələsini həll etməlidi. “Liverpul”a isə Virts, Ceremi Frimponq və Miloş Kerkezin transferindən sonra büdcədəki balansı normal vəziyyətə gətirmək üçün pul lazımdı.
Cek Qriliş
29 yaşlı vingerin adı “Mançester Siti”nin Klublararası Dünya Çempionatındakı iştirak ərizəsinə daxil edilməmişdi. Bu fakt Qriliş ilə bağlı hələ bir neçə ay əvvəl səslənən iddianın doğrulacağına işarə idi. Həmin iddiada isə Cekin tezliklə özünə yeni klub tapmalı olduğundan bəhs edilirdi. Hətta Xosep Qvardiola ingilis futbolçunun oyun praktikasına ehtiyac duyduğunu deməklə bu yay komandadan gedişinə işarə vurub.
Qeyd edək ki, Qriliş 2023-cü ildə MS ilə qazandığı “trebl”dən sonra idmançı həyatında eniş yaşayır. Bu səbəbdən hətta milli komandanın AÇ-2024-dəki iştirak ərizəsinə layiq bilinməyib. “Siti” onunla böyük məmnuniyyətlə vidalaşmağa hazırdı. Amma bu da var ki, hücumameyilli yarımmüdafiəçi yeni klubuna heç də ucuz başa gəlməyəcək. Ona görə ki, ilə 15 milyon avro maaş alır. Müqaviləsinin sonuna isə hələ ki iki il qalır. Bu yerdə Cekin “Etihad”a 2021-ci ildə “Aston Villa”dan gəldiyini, “şəhərlilər”in onun üçün 100 milyon funt sterlinq ödədiklərini də xatırladaq. Onda premyer-liqada rekord məbləğə transfer olunan futbolçunun “Nyukasl” və “Everton”un maraq dairəsində olduğu söylənilir.
Antoni
“Yunayted” üçün daha bir başağrısı Antonidi. Braziliyalı futbolçu ən bahalı və özünü doğrultmayan transferlərin siyahısında öncül mövqelərdədi. O, “Old Trafford”a 2022-ci ildə “Ayaks”dan gəlib. Özü də İngiltərə nəhənginə 81 milyon funt sterlinqə satılıb. MY indi Antonidən mümkün qədər tezliklə qurtulmağa çalışır. Ancaq korlanmış imici və qiymətinin baha olması bu ideyanın reallaşmasına mane olur.
Cənubi amerikalı son mövsümün ikinci yarısını icarə əsasında “Betis”də keçirib. Bu komanda ilə Konfrans Liqasının finalına qədər yol qət edib. Sevilyalılar sıralarında özünü ən yaxşı tərəfdən göstərən Antoninin transfer hüququna yiyələnmək iqtidarında deyillər. Yalnız növbəti icarə variantına baxırlar.
“Bayer-04” də bu varianta ümid edir. Yeri gəlmişkən, leverkuzenlilər növbəti mövsümə “Ayaks”ın və MY-nin sabiq çalışdırıcısı Erik ten Haqın başçılığı altında başlayacaqlar.
Rahim Sterlinq
Adama elə gəlir ki, bir vaxtlar MS-nin mavi formasında meydanda var-gəl edən 30 yaşlı hücumçu indi heç kimə lazım deyil. Sterlinq indi müqavilə ilə “Çelsi”yə məxsusdu. Bu klubda həftəyə 300 min funt sterlinq maaş alır. Yetərincə böyük məbləğdi. Harasa getmək üçün ilk növbədə məvacibinin azalmasına razılaşmalı olacaq. Özü bir müddət əvvəl bir çox məşhur həmkarlarından fərqli olaraq Səudiyyə Ərəbistanına yollanmağı düşünmədiyini dilə gətirib.
Son mövsümdə icarə əsasında çıxış etdiyi “Arsenal”da ötən xoş günlərini geri qaytarmağa şalışdı. Amma heç nəyə nail ola bilmədi: “topçular”ın heyətində əsasən meydana sonradan çıxan Rahim 28 oyunda yalnız bir qol vurdu. Belə. Deməli, onu ya növbəti icarə keçidi gözləyir, ya da maliyyə planında azalmaya razılaşmaqla birdəfəlik transfer.
Ceydon Sanço
MY-nin boslarını Sanço ilə bağlı məsələ də çox narahat edir. Hər “transfer pəncərəsi” açılarkən onun adı müxtəlif keçid variantlarında çəkilir. 25 yaşlı ingilis vaxtilə qitənin ən istedadlı futbolçularının siyahısında ilk pillələrdə göstərilirdi. Lakin artıq bir neçə ildi özünü doğrulda bilməyənlərin sıralarından çıxmaqda çətinlik çəkir. “Çelsi” Ceydon ilə daimi əsasda müqavilə bağlamağa hazır idi. Londonlular əvvəlcə onu icarəyə götürdülər. Ötən mövsümkü çıxışından razı qalmışdılar: bütün turnirlərdə meydana 42 oyunda çıxan britaniyalı “zadəganlar”a 5 qol və 10 məhsuldar ötürmə ilə fayda vermişdi. Lakin futbolçu MY-də aldığı 300 min funt sterlinqlik həftəlik məvacibinin azaldılmasına razı olmadı. Nəticədə “Çelsi” əvvəlcədən razılaşdırılan şərti yerinə yetirmədiyi üçün Mançester klubuna təzminat ödəməli oldu,
Sanço isə “Old Trafford”a qayıtdı.
MY ilə birillik müqaviləsi qalan yarımmüdafiəçinin bu yay da başqa kluba üz tutmaq ehtimalı çoxdu. Son həftələr onun xidmətində “Fənərbaxça”, “Yuventus” və “Borussiya”nın (Dortmund) maraqlı olması haqda xəbərlər yayılıb. İtaliyalı jurnalist Nikolo Skiranın məlumatına görə, Ceydonun Turinə yollanmaq ehtimalı daha çoxdu. İtaliya nəhəngi onunla danışıqlarda prinsipial razılığa gəlib, bu həftə “Yuventus” ilə “Yunayted” arasında danışıqlar nəzərdə tutulub.
Kristofer Nkunku
Problemli oyunçuya klassik nümunə: Nkunku bahalı, uzunmüddətli müqaviləyə və heç də göz oxşamayan statistikaya malik futbolçudu. 27 yaşlı fransalı “Çelsi”də belə vəziyyətdə qərar tutub. 2023-cü ildə “Leyptsiq”dən 52 milyon funt sterlinqə transfer edilən hücumçu 58 oyuna yalnız 17 qol vura bilib. Ən pisi odu ki, son iki mövsümdə aldığı zədələrə görə londonluların 50-dən artıq oyununu buraxıb. Daimi zədələr ona göy formada bacarıqlarını göstərmək imkanı verməyib.
İndi Kristoferi yüksək məvaciblə transfer etmək istəyən ambisiyalı klub tapmaq çox çətindi. Belə futbolçuya görə riskə getmək məntiqi görünmür. “Çelsi” rəhbərliyi isə onun aqibətinin necə olacağını bilmir. Axı müqavilə ilə paytaxt klubuna hələ daha 4 il bağlıdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 İyul 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see1517

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see259

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see232

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see224

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see217

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see213

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see209

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see206

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see204

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see202

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see200

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see187

DÇ 2026 da “pley off”a çıxan komandalar artdı ADLAR

27 İyun 2026 10:40see174

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see172

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see172

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see167

Bakıda UFC Fight Night Baku turnirinə start verildi

27 İyun 2026 17:16see167

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see160

DÇ 2026: İspaniya Uruqvayı məğlub edərək lider kimi pley offa çıxdı

27 İyun 2026 06:18see157

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

27 İyun 2026 16:17see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri