Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Ermənistanın baş naziri “məğlub” damğasından qurtulmağa çalışır

Ermənistanın baş naziri “məğlub” damğasından qurtulmağa çalışır

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

İrəvanın COP29-a gəlməməsi ikitərəfli sülh danışıqlarının dinamikasına zərbə vurdu

Ermənistanın Azərbaycanla sülhə gəlməsi hay cəmiyyətinin ona nə dərəcədə hazır olmasından birbaşa asılıdır. Nikol Paşinyan hakimiyyəti bu problemi həll edə biləcəkmi? 2024-cü ildə bu sualın cavabına yaxınlaşan İrəvanı kənar güclər yolundan sapdırdılar. Rəsmi İrəvan sülhə hazır olduğunu bəyan etsə də, Ermənistan cəmiyyətində fərqli ovqatın hökm sürdüyü sirr deyil. İkitərəfli danışıqların dinamikasına xarici amillərin təsiri də müşahidə olunmaqdadır. Bu və digər suallara Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.

– Əhməd bəy, son vaxtlar Ermənistanla sülh danışıqlarının dinamikasında hiss olunan durğunluğun səbəbləri barədə nə deyərdiniz?

– Əvvəlcə onu qeyd edək ki, Ermənistan nümayəndə heyətinin SOP29-a gəlməməsi 2024-cü il ərzində ikitərəfli sülh danışıqlarının dinamikasına ciddi zərbə vurdu. Rəsmi İrəvan bu məsələdən sabotaj məqsədilə istifadə etməyə, bir sıra məsələlərdə Azərbaycandan güzəştlər qoparmağa çalışırdı. Azərbaycan isə BMT-nin İqlim Sammitindən sülh bayramı kimi yararlanmaq niyyətində idi. Yəni, dünyaya göstərmək istəyirdi ki, Azərbaycan–Ermənistan münasibətlərindəki gərginlik keçmişdə qaldı. Artıq iki ölkə sülh istiqamətində müəyyən irəliləyişə nail olmuşdu. Amma Ermənistan rəsmilərinin sammitə gəlməməsi sülh prosesində süstlüyün yaranmasına səbəb oldu. Məhz bu səbəbdən Azərbaycanın mövqeyində 2011-2014-cü illərdə müşahidə olunan durum özünü göstərdi. O zaman Bakı “danışıqlar naminə danışıqlar” prinsipindən imtina etmişdi.

2024-cü ilin noyabrından etibarən Azərbaycan həmin mövqedən çıxış edir və sözünün üstündə durur. Bundan sonrakı çağırışlar Ermənistan tərəfindən cavablandırılmalıdır. Top onların meydançasındadır. Hiss olunurdu ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi tez-tez beynəlxalq konfranslarda müxtəlif bəyanatlar verməklə Azərbaycandan ictimai reaksiya qoparmağa çalışır. Fəqət, Bakı buna sükutla cavab verirdi ki, bu da İrəvan isteblişmentində gərginliyin artmasına səbəb olurdu. Həmin gərginlik özünü çeşidli formalarda göstərirdi. Misal üçün, İrəvan ATƏT-in Minsk qrupu ilə bağlı Bakının irəli sürdüyü təklifi dinləməyə hazır olduğunu bildirdi. Bu, artıq gecikmiş jest idi. Azərbaycan tərəfinin Paşinyan komandasına susmaqla psixoloji təsiri hətta Hayastan rəhbərliyinin konstitusiyada dəyişikliyə hazır olduğu barədə bəyanat verməsi ilə nəticələndi. Doğrudur, bunlar sülh danışıqlarında pozitiv gözləntilərə yol açdı. Nəticədə Azərbaycan Xarici İşlər Nazirliyi sülh sazişi ilə bağlı Ermənistanın son təkliflərinə öz cavabını göndərdi.

– Sazişin mətnində öz əksini tapmayan prinsipial məsələlərin sonrakı mərhələyə saxlanılması nəticəyə təsir göstərə bilərmi?

– Məsələ ondadır ki, Zəngəzur dəhlizinin açılmasının, eləcə də Bakı üçün vacib digər məsələlərin müzakirəsi danışıqlardan sonraya razılaşdırılmışdı. Belə yanaşma 2024-cü ildə danışıqlarda müşahidə olunan pozitiv dinamikanın nəticəsində formalaşmışdı. O mərhələdə iki ölkə arasında hər hansı çərçivə sənədinin imzalanması gözlənilirdi ki, bundan sonra COP29-un tribunasından dünyaya sülh müjdəli mesajlar veriləcəkdi. İrəvanın təqsiri ucbatından bu plan alınmadı. İndiki şəraitdə Azərbaycan tərəfi yenə də dediyiniz prinsipial məsələləri sonraya saxlamaq niyyətindədirmi? Bu, olduqca vacib sualdır. Bəli, COP29-a qədərki reallıq sammitdən sonrakı reallıqdan tamamilə fərqlənir. Çox güman ki, Azərbaycan özü üçün strateji əhəmiyyət daşıyan bir sıra məsələlərin uzun müddətə saxlanmasında maraqlı deyil.

– Sizcə, ikitərəfli danışıqlar prosesində İrəvana kənar təzyiqlər davam edirmi?

– Əgər Azərbaycanın yaratdığı psixoloji gərginliyi kənar təsir hesab etmək olarsa, bunun ciddi effekt yaratdığını deyə bilərik. Eləcə də Avropa İttifaqının Ermənistandakı mülki monitorinq missiyası özünün test-sınaq mərhələsini yaşamaqdadır. Narahatedici amil odur ki, həmin missiyanın orada olması Ermənistanı Azərbaycanla mövcud problemlərin həllindən, xüsusilə də sülh prosesindən kənarda saxlayır. Bu o deməkdir ki, guya, Aİ Ermənistana daha yaxın mövqe sərgiləyir, onun emissarları bu ölkənin ərazisindədirlər və “binokllu diplomatlar” şərti sərhədin o üzündən Azərbaycanın mövqelərini müşahidə edirlər. Əslində, bu, olduqca incə və psixoloji məqamdır. Yəni, bütün bunların məcmusunu İrəvana kənar təzyiqlər kimi qəbul edə bilərik. Psixoloji “savaş” ortadadır. Sanki, “gözünü ilk qırpanın” kim olacağını gözləmə prinsipi aparılır. Keçən il gördük ki, bu qarşılaşmada “gözünü ilk qırpan” tərəf Ermənistan oldu. Həm də bunun iki dəfə şahidi olduq. Birincı “qırpma” ATƏT-in Minsk qrupu ilə bağlı məsələdə, ikinci isə konstitusiyaya dəyişiklik məsələsində özünü göstərdi. Ona qədər ölkəsinin ana qanununa heç bir dəyişikliyə ehtiyac duymadığını bəyan edən Paşinyan bunun hansı problemlərə aparılb çıxara biləcəyini anladı.

– Tərəflərin beynəlxalq məhkəmələrə qarşılıqlı iddialardan imtinası Azərbaycanın Ermənistandan təzminat tələbindən əl çəkməsi anlamına gəlirmi?

– Bu, hələlik qeyri-müəyyənlik içində olan məsələlərdəndir. Söhbət ondan gedir ki, Ermənistan tərəfi beynəlxalq məhkəmələrə ümumi xarakterli müraciətlərdən geri çəkiləcəyi ilə bağlı bəyanat verib. Amma burada bəzi məqamlar ona gətirib çıxarıb ki, bunun hüquqi tərəfinin necə reallaşacağı hələ məlum deyil. Məsələn, mümkündür ki, Ermənistan hökuməti məhkəməyə müraciət etməsin, amma xaricdəki diaspor nümayəndələri belə bir addım ata bilərlər. Hələlik təzminat tələbi ilə bağlı bəzi məqamlar açıq qalmaqdadır. Belə hesab edirik ki, Azərbaycanın siyasi rəhbərliyi bu məsələyə yanaşmada da konkret və aydın mövqe ortaya qoyacaq.

– Paşinyan danışıqlarda daha çox hansı güzəştlərə ümid edir?

– Ermənistan baş nazirinə elə güzəştlər lazımdır ki, o, daxili auditoriyaya uduzmadığını göstərə bilsin. Nikol Paşinyan 2020-ci il müharibəsində uğradığı ağır məğlubiyyəti Robert Koçaryan və Serj Sarkisyanın ayağına yazmağa çalışır ki, ictimaiyyətə özünün deyil, məhz onların uduzduğunu nümayiş etdirsin. Yəni, ictimai rəyi inandırmaq istəyir ki, onlar həm diplomatik müstəvidə, həm də hərbi sahədə vəziyyəti elə bərbad günə qoymuşdular ki, onun Azərbaycan Ordusuna müqavimət göstərmək gücü olmayıb. Ona görə indiki şəraitdə Paşinyanın Azərbaycanla elə bir razılaşmaya ehtiyacı var ki, hər hansı piar kampaniyada özünü qalib tərəf kimi göstərməyi bacarsın. Belə hesab edə bilərik ki, Ermənistan baş naziri üçün güzəştin real effekti, konkret nəticəsi o qədər də maraqlı deyil. Ondan ötrü güzəştin ictimai tərəfi, rəsmən elan olunmayan, daxili auditoriyaya onu qalib kimi təqdim etməyə imkan verən görünməyən tərəfi daha cəlbedicidir.

– ABŞ-da yeni hakimiyyətin Qafqaz siyasətində hansı korrektələri etməsi gözləniləndır?

– İndiki vəziyyətdə bu məsələ tam aydın deyil. Çünki ABŞ-ın Rusiya, Yaxın Şərq, o cümlədən Türkiyə ilə münasibətləri aydınlaşandan sonra Cənubi Qafqazla bağlı siyasətinin konturlarının görünəcəyinə ümid bəsləyə bilərik. Bunların baş vermədiyi indiki durumda Ağ evin Qafqaza münasibəti qeyri-müəyyən məsələ olaraq qalır. Donald Tramp Administrasiyasının bu məsələlərə yanaşması ondan ibarətdir ki, qısa müddət ərzində, o, dövlətin bürokratik institutlarının gücünü bir nöqtəyə yönəltməyi bacarıb. Bizə görə, Trampın Cənubi Qafqaza münasibəti qısamüddətli olacaq. Azərbaycan ictimaiyyəti hazır vəziyyətdə bunu gözləyir.

Söhbəti qələmə aldı:
İmran BƏDİRXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Mart 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see287

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see220

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see218

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see208

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see201

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see191

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see188

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see177

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see169

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see159

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see154

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see149

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri