AFFA klubları cəzalandırdı
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AFFA İntizam Komitəsinin iclasında Azərbaycan Premyer Liqasında XXXII turun oyunlarında yaşanan olaylara hüquqi qiymət verilib.
News24.az Teleqraf-a istinadla xəbər verir ki, “Zirə” ilə ev oyununda “Kəpəz” azarkeşləri hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər.
Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Gəncə təmsilçisi 1000 manat cərimələnib.
“Araz-Naxçıvan”la ev oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat cərimə edilib.
“Qarabağ”la ev oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə “Sabah” klubu 800 manat ziyana düşüb.
Oyun bitdikdən sonra “Qarabağ” azarkeşləri pirotexniki vasitədən yararlandıqları üçün Ağdam klubu 1 500 manat cərimələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 30 Aprel 2025 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















