Kobaxidze: Gürcüstanda etiraz aksiyaları xarici kəşfiyyat xidmətləri tərəfindən maliyyələşdirilir
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Tbilisi, 1 oktyabr, AZƏRTAC
Biz bir daha hamıya dostcasına xəbərdarlıq edirik ki, dövlətimizin və ölkəmizin milli maraqlarına qarşı yönəlmiş zorakılıq hərəkətləri və xarici kəşfiyyat xidmətləri tərəfindən maliyyələşdirilən sxemlərdə iştirakdan çəkinsinlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərin etiraz aksiyaları və aparıcı rol oynayan gənclərin maliyyələşdirilməsi sxemi ilə bağlı sualına cavabında deyib.
Baş nazir bunun xarici kəşfiyyat xidmətlərinin işi olduğunu vurğulayıb. “Biz bu barədə əvvəllər açıq danışmamışıq, amma indi hər şeyi cəsarətlə və açıq şəkildə danışa bilərik. Təəccüblü deyil ki, vaxtilə bir lariyə alınan bir universitetdə belə planlar həyata keçirilir. Yadınızdadırsa, keçmiş prezidentin ailəsinin üzvü bir vaxtlar universiteti bir lariyə mənimsəmişdi. Bu, mahiyyət etibarilə cinayət əməli idi və bütün bunların universitetdə həyata keçirilməsi bizi təəccübləndirmir. Hər kəsi xəbərdar edirik ki, zorakılıq aksiyalarında iştirak etməkdən çəkinsin", - deyə Kobaxidze bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Baxış sayı:47
Bu xəbər 01 Oktyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















