Icma.az
close
up
RU
KOBİA Zərdabda sahibkarları dinlədi FOTO

KOBİA Zərdabda sahibkarları dinlədi FOTO

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tədbirdə Zərdab rayonunda dövlət dəstəyi alətlərindən istifadə olunmaqla biznes potensialının reallaşdırılmasına dair müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib. 

Milli.Az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə kənd təsərrüfatı, əkinçilik, heyvandarlıq, gülçülük, ictimai-iaşə və ticarət sektorunda fəaliyyət göstərən 130-dan çox sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonun iqtisadi potensialı, sahibkarlıq fəaliyyəti və əlverişli işgüzar mühit, həmçinin biznes üçün imkanlar və dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. Qeyd olunub ki, Zərdab rayonunda kənd təsərrüfatı və heyvandarlıq aparıcı yer tutur. Əkinçilik, taxılçılıq, baramaçılıq, balıqçılıq rayonun ənənəvi fəaliyyət istiqamətlərindəndir. Rayonun relyefi, Kür çayı və onun üzərində formalaşmış suvarma sistemlərinin yaxınlığında yerləşməsi kənd təsərrüfatı üçün əlverişli coğrafi şərait yaradır, bu da onun iqtisadi potensialını gücləndirir. Bu imkanlardan istifadə etməklə Zərdabda biznes qurmaq və fəaliyyətini genişləndirmək istəyən sahibkarlar KOBİA-nın dəstək mexanizmlərindən faydalana bilərlər.

Görüşdə güzəştli kreditlərin verilməsi, soyuducu anbarların sayının artırılması, ictimai-iaşə obyektində uşaq əyləncə mərkəzinin tikintisi ilə bağlı sənədləşmə, qrant müsabiqələrində iştirak, məişət sertifikatının alınması, taxılçılıq sahəsi üçün süni suvarma sistemlərinin qurulması və s. məsələlər müzakirə edilib, sahibkarların ehtiyacları və təklifləri dinlənilib, sualları cavablandırılıb. 

Zərdab rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri sahibkar Emil Məlikzadənin tikiş sexində və "Zəfər X" MMC-nın plastik və taxta qapı-pəncərə istehsalı müəssisəsində də olublar. Müəssisələr ilə tanışlıq zamanı sahibkarların gələcək planlarının reallaşdırılması üçün dövlət dəstəyi alətləri barədə fikir mübadiləsi aparılıb.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Yanvar 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri