Icma.az
close
up
RU
Kobud insanlar, uzun növbələr və cibgirlər: Məşhur turizm şəhəri nüfuzunu itirir

Kobud insanlar, uzun növbələr və cibgirlər: Məşhur turizm şəhəri nüfuzunu itirir

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Dünyaca məşhur Luvr muzeyi və digər tarixi abidələri ilə tanınan Paris, xarici səyahətlərin ən arzuolunan məkanlarından biri olaraq qalır. Lakin son illərdə çoxsaylı turistlər, bu şəhəri tərk edərkən, ümid etdikləri romantik təəssüratları deyil, daha çox narazılıq və məyusluq hissləri ilə ayrılırlar.

Qayanrinfo xəbər verir ki, "Express" nəşrinin Deluxe Holiday Homes tərəfindən aparılmış yeni araşdırmasına əsasən, dünyada hər kvadrat kilometrə düşən turist sıxlığına görə lider olan şəhər Parisdir. 2024-cü ildə şəhərə hər kvadrat kilometr üçün 350 minə yaxın turist səfər edib. Bu zaman şəhərin daimi əhalisinə nisbətdə turistlərin sayı 1708% təşkil edib – yəni Parisdə bir sakinə 17 turist düşür.

Araşdırma göstərir ki, sıxlıq üzrə ilk onluğa daxil olan şəhərlərin səkkizi Avropada, qalan ikisi isə Şimali Amerikadadır.

Parisə olan bu böyük maraq haqlı olsa da, Tripadvisor kimi məşhur platformalarda paylaşılan rəylər arasında narazılıqlar diqqət çəkir. Ən çox təkrar olunan şikayətlər uzun növbələr və cibləri hədəf alan oğrularla bağlıdır.

Bir istifadəçi yazır: "Əgər saatlarla növbədə dayanmaq, minlərlə insanla bir yerdə darıxdırıcı təcrübə yaşamaq və bir də üstəlik bu qədər pula görə narazı qalmaq istəyirsinizsə – Parisə buyurun. İnsanlar kobuddur, axşam saat 21:00-dan sonra metroda təhlükəsiz hərəkət etmək mümkün deyil".

Bəzi turistlər Eyfel qülləsini ziyarət etməyə belə dəyər olmadığını bildirir, çünki şəhər ümumi olaraq turistlərin əhvalını korlamağı çox yaxşı bacarır.

Bir rəy müəllifi yazır: "Biz 50 yaşını keçmiş bir cütlüklə tanış olduq. Avropada səyahət edirdilər. Çox kədərli görünürdülər – çantalarından pulqabıları və otel biletləri oğurlanmışdı".

Bununla belə, şəhəri tərifləyən rəylər də mövcuddur. Bir turist Parisin tarixi və ab-havasını belə təsvir edir: "Ah, Parisin ləzzəti! Parisə səyahət bir məbəd ziyarəti kimidir. Bu qədər tarixi abidənin əzəməti unudulmaz xatirədir".

Paris hələ də öz cazibəsini itirməyib, lakin şəhərdə yaşanan real problemlər onu ideal tətil məkanı kimi görən turistlər üçün ciddi xəyal qırıqlığı yarada bilər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Avqust 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri