Icma.az
close
up
RU
Kobud səhvə yol verən hakimdən TFF prezidentinə cavab

Kobud səhvə yol verən hakimdən TFF prezidentinə cavab

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Türkiyənin təcrübəli hakimlərindən olan Arda Kardeşler Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlunun cavabını verib.

Xatırladaq ki, bu ədalət təmsilçisi ötən həftəsonu idarə etdiyi ''Trabzonspor'' - ''Qaziantep'' matçında (1:1) yol verdiyi kobud səhvlə diqqət mərkəzinə düşmüşdü. Oyundan sonra ''Trabzonspor'' prezidenti Ərtuğrul Doğan Kardeşleri sərt sözlərlə tənqid etmiş və onun artıq hakimlikdən getməli olduğuna işarə vurmuşdu. Elə Hacıosmanoğlu da ona dəstək verərək gecə yarısı bir verilişin canlı yayınına qoşulmuş, ''həyatımda belə səhv görməmişdim'' açıqlamasını vermiş və Kardeşlerin cəzalanacağını vurğulamışdı.
Türkiyə mətbuatının yazdığına inansaq, TFF bu hakimdən öz xoşu ilə karyerasını bitirməyi tələb edib. Amma Kardeşler bundan imtina edib. Onun uzun müddət oyunlara təyinat almayacağı gözlənilir. FİFA hakimi statusunda olan və 10 ilə yaxındı, superliqa matçlarına təyinat alan 37 yaşlı Kardeşler ''HT Spor'' kanalının canlı yayınına bağlanaraq bunları deyib:

''Düzdü, həmin epizodda səhvə yol verdim. Amma bu, karyeramdakı ilk səhv deyil. Məni ən çox üzən şey federasiya prezidentinin bu epizodla bağlı ''adi səhv deyil, bilərəkdən atılmış bir addımdı'' ifadəsini işlətməsi oldu. Xaiş edirəm, bu cümlənin altında nə yatdığını, ''bilərəkdən atılmış addım'' dedikdə nəyi nəzərdə tutduğunu ictimaiyyətə açıqlasın. Mən bununla ömrümün sonuna qədər yaşamaq istəmirəm. Hazırda əsas günahkar kimi göstərilirəm. Uzun illərdi, federasiyadan pul qazanıram və Hakimlər Komitəsinə bağlı olaraq çalışıram. Ona görə də bu cür məsələlərə münasibət bildirməyim fərqli cür anlaşıla bilər. Kaş ki, federasiya prezidenti bu açıqlamanı verməmişdən öncə mənim özümlə əlaqə saxlayardı və mənim də ailəmin olduğunu düşünərdi''.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Sentyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri