Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Köç zamanıdır: baxsaq, durnaları görə bilərik...

Köç zamanıdır: baxsaq, durnaları görə bilərik...

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Bu aralar durnaların köç zamanıdır. Bəlkə də başımızı yuxarı qaldırıb göyə bir nəzər salsaq, durnaları görə bilərik… Nə üçün yadımızdan çıxıb onlar? Bəli, çıxıb, həm də lap çoxdan. Bəlkə elə buna görə durnalar köçüb, nə istidə gəlir, nə soyuq düşməmiş gedir, bəlkə də özlərinə başqa bir məkan seçiblər...

Vaxt vardı ki, durnalar gəlirdi, payıza qalmış gedirdi. O zamanlar bizim başımız yuxarıya qalxa bilirdi, durnaları da görürdük. Uzun illərdir, adət-ənənələrimizi arxada qoya-qoya bir yolçuluğa çıxmışıq. Bu yolçuluqda elə ki, başımız sosial şəbəkələrin içərisinə pərçim oldu, ta nə o başlar yuxarı qalxdı, nə də “durnaları gördüm”,- deyən oldu.

İndi biz ancaq yaşamaq üçün yeyir, ayaq üstündə dayanmaq üçün bir neçə saat yatır və səhərdən-axşama kompüter qarşısında çalışır, saatlarla televizor önündə heç özümüzün də olmayan serialları izləyirik. Hansı ki, seriallarına tamaşa etdiyimiz ölkələrin bir vətəndaşı belə bizim bir filmimizin, serialımızın adını bilmir. Smartfon telefonlar əlimizdə sosial şəbəkələrdə gəzir, hələ üstəlik ağsaqqal-ağbirçəyimizi söhbətə tutub lağlağılıq edir, bunu çəkir, Tik-toka yerləşdirir, “like” axtarışına çıxırıq. Körpə, gül kimi övladlarımızın hərəkətini, yeməsini, yatmasını, rəqsini çəkib insanlara göstərməkdən həzz alırıq.

Hələ canlı açıb özünəbənzər “kütləsi” ilə saatlarla məntiqsiz söhbətlər edən insanları demirəm. Hələ bədəninin müəyyən yerlərini bu şəbəkələrdə insanlara göstərənləri, onların tənqidinə gözünü yumub, tərifinə gözlərini dörd açanları demirəm. Toyda-düyündə “arxalı” qadınların kollektiv rəqsinə tamaşaya yığışanları demirəm.

Yediyini-içdiyini-süfrəsini, nə geyindiyini, necə makiyaj etdiyini, yataq otağından “reportajları” insanlara təqdim edənlər də var. Mağazaların satdığı iç geyimləri geyinib utanmadan milyonlarla insana reklam edənlər var. İtinə, pişiyinə ad günü keçirib tort kəsənlər, onlara özü ağılda tanışlarının aldığı hədiyyələri bizə göstərənlər də var. “Sevgilisinin” hədiyyə etdiyi maşını, bahalı hədiyyələri bu platformalarda gənc oğlan və qızlara təqdim edib onların beyninə mental dəyərlərimizə naməlum olan toxum səpənlər var.

Deyir, dərdli danışqan olar. Günlərlə danışsaq da, bitən deyil bu kimi söhbətlər. Elə buna görə də durnalara qayıdım. Hə, ay durnalar, gözə dəymirsiniz. Ya dediyim kimi, başımızı yuxarı qaldıra bilmirik, bu səbəbdən sizi də görə bilmirik. Ya da sizlərin də bir dərd-səriniz var. Azalmısınız, yoxa çıxmısınız, dəstə başlaya bilmirsiniz.

Azalmayıb, nə edəsiniz? Nəsliniz kəsilməsin, nə etsin? Axı insanla bir təbiətdə yaşayırsınız. Hər gün yaşadığı heyrətamiz təbiəti heyrət ediləcək qədər məhv edən insan. Piknik etdiyi hər yeri xarabalığa çevirən, ağacların qol-budağını kəsən, yaşıllıqları ayaqlayan, əlinə keçəni təbiətin başına çırpan, gəlir, qazanc əldə etmək üçün havanı zərərli qazlarla çirkləndirən, təbiətin qoynunda yaşamalı olan heyvanları anasının qucağından alıb dörd divarın arasına həbs edən, onların həyatını əlindən alan insanlar. Külli gəlir üçün heyvanların xəz dərilərini diri ikən boğazından çıxarıb özünə paltar edən insan. Ağacları kəsib mebel biznesi ilə məşğul olan, milyoner insan. Bir sözlə, təbiətin hansı tərəfinə gedirsə, orada özündən sonra “izini” qoyan insan...

Görəsən heç bircə dəfə düşünür ki, axı təbiətdə çoxsaylı heyvan, quş, həşərat yaşayır, mən onlara nə üçün bu divanı tuturam? Bircə dəfə narahat olur ki, axı təbiətin bizə verdiyi qarşısında ona nə qaytarırıq? Bircə dəfə xəyalından keçirir ki, axı bu canlı təbiəti əllərimizlə məhv edirik: suyunu, ağacını, yaşıllığını, daşını, torpağını, hər şeyini...

Bütün bunları həyatında bircə dəfə başını telefondan qaldırıb ətrafa baxan, serialların bir bölümünü ixtisara salmaqla televizordan gözünü çəkib təbiətə nəzər salan, sosial şəbəkələrdən bir neçə dəqiqə ayrıla bilib səmada durnaları axtaran hər kəs aydın görə bilər. Görə bilər ki, artıq durnalar neçə illərdir, görünmür, gözə dəymir. Axı illər öncə biz onları qarşılayıb, yola salırdıq. Durna qatarı gözdən itənədək izləyir, bu füsunkar görünüşü yaddaşımıza köçürüb estetik ehtiyacımızı ödəyirdik.

Nə qədər ki, başımız aşağıya enib, deməli, görməli olacaqlarımızı görməyəcək, görmədikcə də durna qatarını da gözdən uzaq edəcəyik. Çünki baş aşağı olanda insan heç öz yaxın ətrafında olanı görmür, haradan da qala sizi görə, DURNALAR.

Bilirəm ki, siz öz nizamınızdasınız: gəlirsiniz, gedirsiniz. Sizi görməyənlər, başını yuxarı qaldırıb,

Bir saat havada qanad saxlayın,
Nizam ilə gedən qoşa durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz,
Qaqqıldaşa-qaqqıldaşa, durnalar? –

deməyənlər, “qatarlaşıb haralara gedirsiniz?”,- soruşmayanlar bu gözəl mənzərəni itirir, sizə nə var ki…

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri