İstanbulda güllələnən 12 yaşlı Abbasın FOTOLARI
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, İstanbulun Küçükçekmece rayonunda silahlı qarşıdurma zamanı 12 yaşlı azərbaycanlı Abbas Məmiyev güllə yarası alıb.
Avtosfer.az nocomment.az-a istinadən xəbər verir ki, hadisə zamanı yaralanan Abbasın fotoları yayılıb.
Sentyabrın 6-da Halkalı bölgəsində iki nəfər arasında başlayan mübahisənin silahlı davaya çevrilməsi zamanı Abbas təsadüfi gülləyə tuş gəlib. Dostları ilə futbol oynamaq üçün küçəyə çıxan 12 yaşlı uşağın dabanına güllə dəyib.
Hadisədən sonra xəstəxanaya çatdırılan Abbas əməliyyat olunub və dabanındakı güllə çıxarılıb. Onun vəziyyətinin stabil olduğu bildirilib.
Məlumata görə, azərbaycanlı ailənin övladı olan Abbas hadisədən cəmi iki həftə əvvəl futbol məktəbinə yazılıb. Atası Əflatun Məmiyev oğlunun futbol arzularının bu hadisə nəticəsində yarımçıq qalmasından təəssüfləndiyini bildirib.
12 yaşlı Abbasın fotolarını təqdim edirik.
Baxış sayı:129
Bu xəbər 09 Sentyabr 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















