Icma.az
close
up
RU
Müharibəyə baxmayaraq bum: 2026 cı ildə turistlərin axın edəcəyi yer

Müharibəyə baxmayaraq bum: 2026 cı ildə turistlərin axın edəcəyi yer

Icma.az, Lent az saytına istinadən bildirir.

Uzunmüddətli silahlı qarşıdurmalar səbəbindən turizm sektorunda ciddi geriləmə yaşayan Efiopiya yenidən turistlərin maraq göstərdiyi istiqamətlərdən birinə çevrilir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə infrastruktura iri həcmli sərmayələrin yatırılması, yeni hotellərin açılması, təhlükəsizlik vəziyyətinin qismən yaxşılaşması və elektron viza sisteminin tətbiqi turist axınının artmasına səbəb olub.

BMT-nin Ümumdünya Turizm Təşkilatının məlumatına görə, Efiopiyaya gələn beynəlxalq turistlərin sayı 15 faiz artıb. Bu göstərici Afrika üzrə orta artım tempindən təxminən iki dəfə çoxdur.

Ölkənin turizm imici dəyişir

Efiopiya qeyri-sabit bölgə imicindən uzaqlaşaraq ekoturizm, tarixi turizm və aktiv istirahət üçün yeni mərkəzlərdən biri olmağa çalışır.

Buna ölkənin şimalına daxili aviareyslərin bərpası, “Visit Ethiopia” milli turizm platformasının istifadəyə verilməsi, sürətli elektron vizaların tətbiqi və müasir hotellərin açılması da təsir göstərib.

Beynəlxalq turizm şirkətləri Efiopiyaya rezervasiyalarda ikirəqəmli artım qeydə alırlar. Ənənəvi olaraq tarixi və mədəni irslə maraqlanan turistlərlə yanaşı, son vaxtlar trekkinq və vəhşi təbiət axtaran gənclərin də ölkəyə marağı artır.

Qədim kilsələr və lava gölü turistləri cəlb edir

Efiopiya Afrikada UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş obyektlərin sayına görə ön sıralarda yer alır.

Turistlərin ən çox maraq göstərdiyi məkanlar arasında XIII əsrə aid Lalibela şəhərində qayalara həkk olunmuş 11 kilsə, Aksumun qədim obeliskləri və Qondar qalaları var.

Paytaxt Əddis-Əbəbədə isə Birlik Parkı və Milli Saray yenilənib.

Təbiət həvəskarlarını Simien dağları, burada yaşayan nadir gelada meymunları, Danakil çökəkliyində yerləşən Erta-Ale vulkanının lava gölü və Omo vadisinin fərqli mədəni ənənələri cəlb edir.

Bəzi bölgələrdə təhlükəsizlik riski qalır

Bununla belə, mütəxəssislər ölkənin bütün ərazilərinə səfərin eyni dərəcədə təhlükəsiz olmadığını bildirirlər.

Tiqray, Amhara və Oromiya bölgələrinin bəzi hissələrində, eləcə də sərhəd zonalarında təhlükəsizliklə bağlı xəbərdarlıqlar qüvvədə qalır.

Buna baxmayaraq, turizm sektorunun bərpası Efiopiyanın Afrikanın sürətlə inkişaf edən səyahət istiqamətlərindən birinə çevrildiyini göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Sentyabr 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri