Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Ermənistan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan və komandası iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar ümidsizdir.
Teleqraf xəbər verir ki, bu barədə “İravunk” məlumat yayıb.
Nəşr bildirib ki, ümidsizlik müxalifətin seçkilərdəki mümkün səslərinin ayrı-ayrı qüvvələr arasında bölünməsi ilə əlaqəlidir:
“Daşnaksütyun”dan əldə etdiyimiz məlumata görə, Köçəryanın komandası seçkiqabağı vəziyyətə olduqca qaranlıq baxır. Ermənistan vətəndaşlığına malik Qarabağ ermənilərinin əhəmiyyətli hissəsi də daxil olmaqla, ümidlərin olduğu bir neçə ictimai seqment Samvel Karapetyana səs verməyə daha çox meyllidir. Mənbənin sözlərinə görə, hətta “Daşnaksütyun”da belə Köçəryan və komandasının real nəticələr əldə edə biləcəklərinə inam yoxdur.
Başqa sözlə, seçkilərdən əvvəl minimum həddi aşmaq qorxusu var idisə, indi vəziyyət daha da acınacaqlı görünür. Həmçinin mənbə deyib ki, Köçəryan vəziyyəti xeyrinə dəyişdirmək üçün yeni ideyalar təqdim etməyib”.
Mənbənin fikrincə, seçkilərdə müxalifətin səslərinin ayrı-ayrı qüvvələrin arasında bölünməsi rusiyalı oliqarx Samvel Karapetyanın da şanslarını azaldır.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Baxış sayı:145
Bu xəbər 30 Aprel 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















