Icma.az
close
up
RU
Köçəryan və Sərkisyan Bakıya təhvil verilir? Deputat açıqladı

Köçəryan və Sərkisyan Bakıya təhvil verilir? Deputat açıqladı

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Məsələ ilə bağlı Ölkə.az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib ki, Robert Köçəryan, Serj Sərkisyan və digərləri mütləq şəkildə Bakıda mühakimə olunmalıdır. 

“Onlar Azərbaycanaın ədalət məhkəməsi qarşısında törətdiyi cinayətlərə, soyqırım siyasətinə görə cəzalarını almalıdır. Bunun üçün kifayət qədər ciddi faktlar var”, - siyasətçi söyləyib. 

O bildirib ki, Köçəryan və Sərkisyan hələ Ermənistanda hakimiyyətə gəlməmişdən əvvəl Qarabağda cinayətlərlər törədiblər: 

“Xocalı soyqırımınds təkcə Köçəryan deyil, Sarkisyan da iştirak edib və özünün etirafları var. O müsahibəsində deyib ki, Xocalıdan sonra azərbaycanlılar başa düşdülər ki, biz onlarla zarafat etmirik. Və bütün bu faktlar onu deməyə əsas verir ki, bunların hər ikisi barəsində Azərbaycan hüquq-mühafizə orqanları materialları toplamalı, hansı statusda olmalarından asılı olmayaraq ədalət mühakiməsinə cəlb edilməlidirlər. İndi görürsüz Ermənistanda bu adamlar, əslində onlara adam da demək adamın dili gəlmir. Bu cinayətkarlar, canilər zamanında prezident statusunda olublar. Ölkəni idarə ediblər, amma bu günləri Ermənistanın özündə onları korrupsiyada və digər qeyri-qanuni əməllərdə ittiham olunurlar”.

A.Əlizadə hesab edir ki, Baş nazir Nikol Paşinyan faktiki olaraq bunları sıradan çıxarmaqla Rusiyanın Ermənistana təzyiqinin qarşısını almaq planlaşdırır. “Köçəryanı, Sərkisyanı bir arada həbs etmişdi. Köçəryanın Putinlə şəxsi münasibətləri və ona konkret dəstəyi nəticəsində həbsdən azad olundu”, - o vurğulayıb.

Bununla belə deputat qeyd edib ki, amma bu dəfə Paşinyan konkret, radikal addımlar atmaq fikrindədir. “Hər halda görünən bundan ibarətdir. Əllərində kifayət qədər də materiallar var və cinayət işi açılıbdır. 

İndi Sarkisyan siçan kimi deşikdə gizlənib, səsini çıxartmır, amma ona da gəlib çatacaq. Düşünürəm ki, o da hesab verməli olacaq. Paralel olaraq Azərbaycan bu cinayətkarlarla bağlı, Ermənistanda onlarla bağlı hansı qərar verilməsindən asılı olmayaraq Azərbaycanda cinayət açmalıdır. Cinayət əməlləri Azərbaycan ərazisində törədilibdir.  Bununla əlaqədar olaraq Azərbaycan hüquq-mühafizə orqanları qanunvericiliyə müvafiq olaraq cinayət işi açmaq və onları Ermənistandan tələb etmək haqqı var. İndi Ermənistan verəcək, verməyəcək, bu bir başqa məsələdir”.

Deputat təklif edib ki, bu cinayətkarlar İnterpol xətti ilə saxlanılaraq Azərbaycan təhvil verilməsinə nail olmaq lazımdır. “Bu məsələ yenidən ictimailəşdirilməli və beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırılmalıdır. Konkret olaraq necə ki, Azərbaycandakı erməni separatçı cinayətkarlar ədalət mühakiməsinə cəlb olunaraq həbs olunubdular, eləcə də Köçəryan, Sarkisyan, Ohanyan və digərləri barəsində də cinayət işi açılaraq qiyabi də olsa həbs qəti-imkan tədbiri seçilməlidir. Beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmaqla İnterpola beynəlxalq axtarışa verilməlidirlər. Yəni bu törətdikləri cinayətlərə görə heç kəs cəzasız qalmamalıdır. Hansı statusda olmağından asılı olmayaraq. Hər kəsə törətdiyi əmələ görə konkret münasibət bildirilməlidir. Azərbaycan hüquq-mühafizə orqanları bu şəxslər barəsində açılan cinayət işini sonlandırmalıdırlar”, - o vurğulayıb.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Avqust 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri